Page 156 - heynrix
P. 156
HAYNRİX BÖLL
çıxım. Ancaq dinmədiyimi görüb özünəxas kobudluqla sözünə
davam etdi. – Mən faydalı bir təşkilata rəhbərlik edirəm, ona
görə də təlxəyə yüz mark bağışlamağa vicdanım yol vermir.
İyirmi mark bəsidir. Hətta, demək olar ki, çox yaxşı qiymətdir...
Hiss etdim ki, danışmağa lüzum yoxdur. Siqaret yandırıb,
soyumuş qəhvədən bir fincan süzdüm. O hələ də fınxırırdı:
– Məni eşidirsiniz?
– Hələlik eşidirəm, – deyib susdum.
Susmaq ən yaxşı silahdır. Məktəbdə oxuyan vaxtlar direk‐
torun yanına və ya pedaqoji şuraya çağırılanda da susardım.
Qoy bu xristian cənab Kostert xəttin o başında bir az tərləsin.
Onsuz da, əclafın biri idi, mənə yazığı gəlməzdi. Ancaq özünə
tez yazığı gəldi və nəhayət, mızıldadı:
– Mənə bir məsləhət verin, cənab Şnir.
– Yaxşı‐yaxşı qulaq asın, cənab Kostert, – dedim. – Sizə
bircə məsləhətim var: taksi tutub vağzala gedin, Bonn
qatarında mənim üçün yumşaq vaqona bilet alın, sonra bir
156 şüşə araq götürüb mehmanxanaya gəlin, çaypulunu da əlavə
etmək şərtilə haqq‐hesabımı ödəyin, mehmanxanadan
vağzala getmək üçün taksi pulunu da zərfə qoyub növbətçiyə
verin. Bundan əlavə, xristian vicdanınızın köməyi ilə çama‐
danımı öz hesabınıza vağzala göndərin. Razısınız?
O, nəyisə hesablayıb boğazını arıtladı.
– Mən sizə əllicə mark vermək istəyirdim.
Yaxşı, elə isə tramvayla gedin, onda xərciniz əlli markdan
da az çıxar. Razısınız?
Yenə ürəyində hesabladı:
– Çamadanı özünüzlə taksidə apara bilməzsiniz?
– Xeyr, – dedim, – ayağımı yaralamışam, götürə bilmə‐
rəm.
Deyəsən, onun xristian vicdanı oyanmağa başladı:
– Cənab Şnir, – mehribanlıqla dilləndi, – təəssüf ki, mən...
– Yaxşı, yaxşı, cənab Kostert, çox şadam ki, xristian dini
üçün 54–55 mark qənaət edə bildim...
Düyməni basıb dəstəyi cihazın yanına qoydum. Kostert
elə adamlardan idi ki, təzədən zəng vurub yastı‐yastı