Page 161 - heynrix
P. 161
İ ROMAN

tipli bir mətn seçmişdilər: “... Rica edirik, bizi irsən keçənlərə BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
də, yeni yarananlara da eyni cür ədalətli olmağa qadir elə...”
və sair və ilaxır... Yalnız bundan sonra gecənin əsas mövzusuna 161
keçdilər: “Yaşadığımız cəmiyyətdə kasıblıq problemi". Həmin
axşam həyatımın ən dəhşətli anlarını yaşadım. Heç cürə inana
bilmirdim ki, dini söhbətlər belə yorucu olurmuş. Hiss edirdim
ki, belə dinə inanmaq çox çətindir. Ölən adamın təzədən zühur
etməsi, əbədiyyət... Mariya mənə tez‐tez “İncil”dən parçalar
oxuyardı... Bunların hamısına inanmaq çətin məsələ idi...
Hətta sonralar Kyerkeqoru oxudum (təlxək olmağa hazırlaşan
adam üçün çox lazımlı mütaliədir!). Çətin olsa da, yorucu de‐
yildi. Heç bilmirəm, yer üzündə Pikassonun, Kleenin əsərləri
həkk olunmuş əl dəsmalları toxuyan var, ya yox... Ancaq həmin
axşam mənə elə gəldi ki, bura yığışan mütərəqqi katoliklər To‐
mas fon Akvinin, Frans fon Assinin, Bonaventuranın və XIII Le‐
onun sözlərindən özləri üçün dizlik toxuyurlar, həmin dizliklər
də onların açıq yerini tam örtə bilmir... Çünki buradakıların
hamısı (məndən başqa) ayda, ən azı, min beş yüz mark alırdı.
Söhbətləri axırda özlərini də təngə gətirdi və bir az keçəndən
sonra Tsüpfnerdən başqa, hamısı abırsız, əttökən lətifələr
danışmağa başladı. Bütün bunlar Tsüpfnerə elə pis təsir elədi
ki, məndən siqaret istədi. Ömründə ilk dəfə idi ki, papiros
çəkirdi. Səriştəsi olmadığı üçün tüstünü ağzına alıb buraxırdı.
Hiss etdim ki, sifətini bu tüstünün arxasında gizlədə bildiyi
üçün çox sevinir. Kinkel əvvəlcə beş yüz mark məvacib alan bir
kişi haqqındakı lətifəni danışanda sapsarı saralan, titrəyən
Mariyanın əvəzinə mən utandım. Guya həmin kişi beş yüz
mark alanda yaxşı dolanırmış. Min mark alanda hiss edir ki,
vəziyyəti ağırlaşır. İki min mark alanda daha böyük çətinliklərlə
üzləşir. Nəhayət, üç min mark alandan sonra hiss edir ki,
vəziyyəti düzəlməyə başlayır. Öz acı təcrübəsindən o, belə bir
müdrik nəticəyə gəlir: “Ayda beş yüz marka qədər məvacib
alan adamın vəziyyəti çox yaxşı olur. Beş yüzlə üç min mark
arasında məvacib alan adam isə dilənçi kökünə düşür...” Kinkel
bununla nə vəziyyətə düşdüyünü hiss etmədi. Əlindəki yoğun
   156   157   158   159   160   161   162   163   164   165   166