Page 162 - heynrix
P. 162
HAYNRİX BÖLL

siqarı sümürə‐sümürə, şərab içə‐içə, pendir dilimlərindən
yeyə‐yeyə, öz danışdıqlarından ləzzət ala‐ala xeyli çərənlədi.
Axırda dərnəyin “mənəvi atası” sayılan prelat Zommervild
narahat olmağa başladı və söhbətin mövzusunu dəyişdi.
Deyəsən, müqəddəs “reaksiya” sözünü dilinə gətirdi və
bununla da, Kinkeli gözündən vurdu. Kinkel o dəqiqə tələyə
düşdü, əsəbiləşdi, on iki min marka alınan maşının dörd min
beş yüz marklıq maşından ucuz başa gəlməsi haqda başladığı
mühazirəni yarımçıq kəsdi və hətta onu yerli‐yersiz göylərə
qaldırmağı xoşlayan arvadı da dərindən nəfəs aldı...

III
İlk dəfə özümü bu mənzildə müəyyən qədər rahat hiss
elədim. İsti və təmiz idi. Paltomu çıxarıb asanda, gitaramı
dəhlizin bir küncünə qoyanda fikirləşdim ki, şəxsi mənzili
olmaq, bəlkə də, özünü aldatmadan başqa heç nə deyil. Mən
oturaq adam deyiləm, heç vaxt da olmayacağam. Mariya
162 məndən də betər gəzərgidir. Amma, deyəsən, buna son
qoymağı qəti qərara alıb. Halbuki əvvəllər mən haradasa bir
həftədən çox çıxış edəndə bərk əsəbiləşərdi...
Monika Zilves, həmişə olduğu kimi, bu dəfə də teleqramı
səmimi qarşılamışdı. Açarı evlər idarəsindən alıb mənzildə yır‐
yığış eləmiş, masanın üstünə gül qoymuş, soyuducunu
cürbəcür yeməklərlə doldurmuşdu. Mətbəxdəki masanın
üstündə üyüdülmüş qəhvə, bir şüşə konyak vardı. Qonaq
otağındakı masanın üstünə, güllərin yanına siqaret və yanan
şam qoyulmuşdu. Monika son dərəcə həssas qızdır. Amma bu
həssaslıq bəzən sentimentallığa çevrilir və o, başdansovdu
işlər görür. Məsələn, indi mənim üçün bura qoyduğu şam
əldəqayırma idi və şübhəsiz ki, “Zövq məsələlərinə baxan ka‐
tolik cəmiyyəti”nin imtahanından çıxa bilməzdi. Çox güman ki,
tələsikdə başqasını tapa bilməmişdi, ya da yaxşısına, baha‐
lısına pulu çatmamışdı. Hiss etdim ki, məhz elə bu zövqsüz
şama görə qəlbimdə Monika Zilvesə qarşı zərif duyğular
oyandı. Amma bu duyğular monoqamiya adlı bədbəxtliyimin
   157   158   159   160   161   162   163   164   165   166   167