Page 157 - heynrix
P. 157
İ ROMAN
danışacaq, zəhləmi tökəcəkdi. Yaxşısı bu idi ki, öz vicdanı ilə BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
tək qalıb istədiyi qədər zarıyaydı... Ürəyim bulandı. Yadımdan
çıxıb deməmişəm: təbiət mənə yalnız düşkünlük, başağrısı 157
deyil, həm də qeyri‐adi bir istedad bəxş eləyib: telefonla
danışarkən xəttin o başındakı qoxunu duyuram. İndi də hiss
etdim ki, Kostertdən “Bənövşə” həblərinin iyi gəlir... Qalxıb
dişlərimi yumalı oldum. Arağın qalanı ilə ağzımı yaxaladım,
çətinliklə də olsa, üzümdəki qrimi təmizlədim. Təzədən yerimə
uzandım, Mariya, xristianlar, katoliklər barədə düşündüm,
gələcəyimi gözlərim önünə gətirdim. Nə vaxtsa qoynunda
yırğalanacağım “dalğalar” haqqında da fikirləşdim. Əlli yaşı
haqlayan təlxəyin iki cür sonu ola bilər: ya dalğaların qoynu,
ya da saray... Saray olacağına inanmırdım, əlliyə çatmaq üçün
də iyirmi iki ildən çox həyat yolunu birtəhər başa vurmalı idim.
Düzdür, Koblentslə Mayntsdan gələn rədd cavabını Tsonerer
“bir nömrəli həyəcan siqnalı” adlandıracaq, lakin bu xəbər
haqqında danışmağı unutduğum bir xasiyyətimə görə mənə
heç təsir eləmədi. Onsuz da, hər şeyə biganə idim... Axı Bon‐
nun özündə də “dalğalar” vardı, həm də əlli il yaşayacağımı
kim mənim alnıma yazmışdı? Mariyanı xatırladım: səsi, döş‐
ləri, saçları, hərəkətləri, birgə keçirdiyimiz anlar... Onun ərə
getmək istədiyi Tsüpfneri də xatırladım. Uşaq vaxtından
tanışdıq. Özü də elə yaxın tanışdıq ki, sonralar rastlaşanda heç
bilmirdik bir‐birimizə “sən” deyək, yoxsa “siz”... Ancaq “sən”
də, “siz” də deyəndə pərt olurduq. Buna görə hər dəfə görü‐
şəndə nə edəcəyimizi bilmirdik... Mariyanın nə üçün məhz ona
qoşulduğunu başa düşmürdüm. Eh, bəlkə də, Mariyanı heç
vaxt “başa düşməmişdim”...
Kostert məni bu xəyallardan ayıranda bərk əsəbiləşdim.
Qapını pişik kimi cırmaqlaya‐cırmaqlaya dedi:
– Cənab Şnir, məni eşidirsiniz? Bəlkə, həkim çağırım?
– Məni rahat buraxın, – qışqırdım. – Zərfi qapının arasın‐
dan içəri atın, evinizə qayıdın.
Zərfi qapının altından içəri itələdi. Durub götürdüm.
İçində Boxumdan Bonna qədər ikincidərəcəli vaqona bilet,
taksi pulu vardı. Özü də dəqiq hesablanmışdı: altı mark əlli