Page 154 - heynrix
P. 154
HAYNRİX BÖLL
gedib! İçkiyə qurşanan təlxəyin də sonu gözü qaralıb damdan
yıxılan sərxoş dülgərin taleyindən betər olar...
Kefli olanda hərəkətlərin heç birini dəqiq yerinə yetirmir
və təlxək üçün bağışlanılmaz bir səhvə yol verirəm: öz
hərəkətlərimə özüm də gülürəm. Beləliklə, dəhşətli dərəcədə
alçalıram. Ayıq vaxtımda isə səhnəyə çıxmağa qorxuram (çox
zaman itələyib çıxarırlar). Bəzi tənqidçilərin “insan qəlbinin
döyüntülərindən xəbər verən dalğınlıq, istehza dolu şən
ovqat” adlandırdıqları şey də məni oyuncağa çevirən bumbuz
ümidsizlikdən başqa bir şey deyil. Yeri gəlmişkən, çaşanda, öz
gerçək dünyama qayıdanda vəziyyət lap pis olur. Çox güman
ki, rahiblər də xəyala dalanda bu hala düşürlər. Son günlər
Mariya evə daha çox mistik kitablar gətirərdi və yadımdadır
ki, “boşluq”, “heçlik” kimi sözlər də onlarda çox işlənərdi...
Üç aydır ayıq günüm olmur, səhnəyə də həmişə saxta
inamla çıxırdım. Ancaq nəticəsi tənbəl şagirdin göstərdiyi
nəticədən də tez üzə çıxdı. O, heç olmasa, qiymət vərəqini
154 alana qədər özünü aldadır ki, bəlkə, yarım il ərzində nəsə
dəyişmiş olar... Üç həftədən sonra otağımda daha gül olmadı,
ikinci ayın yarısından sonra hamamsız otaqlarda qalmağa
başladım. Üçüncü ay girəndə isə taksinin sayğacı vağzaldan
mehmanxanaya qədər yeddi mark yazdı, halbuki qazancım üç
dəfə azalmışdı. Daha konyak deyil, araq gətirirdilər. Daha
varyete səhnəsində deyil, qaranlıq zallara toplaşan qəribə
adamlar qarşısında alaqaranlıq səhnələrdə çıxış edirdim. İndi
nəinki hərəkətlərin dəqiqliyinə fikir vermir, hətta ağlıma gələn
oyunları çıxarır və ad gününü qeyd etmək üçün yığışan
dəmiryolçuları, poçt məmurlarını, gömrükxana işçilərini, ka‐
tolik dininə etiqad edən evdar qadınları, yevangelist tibb
bacılarını əyləndirirdim. “Müdafiə şurası” adlı köhnə bir
nömrənin yadımda qalan yerlərini göstərəndə isə buraxılış
gecəsinə yığışmış bundesveer zabitləri dəqiq bilmirdilər ki,
buna gülsünlər, ya ağlasınlar... Dünən də Boxumda gənclər
qarşısında Çaplini yamsılayanda qəflətən yıxıldım, bir də ayağa
dura bilmədim. Heç kəs fit çalmadı, yalnız mərhəmət dolu bir