Page 158 - heynrix
P. 158
HAYNRİX BÖLL

pfenniq. Elə bilirdim, on mark qoyacaq, mən də vağzala çatan
kimi yumşaq vaqonun biletini qaytarıb, ikincidərəcəli kupeyə
alacağam, təxminən beş mark irəli düşəcəyəm.

– Düz vermişəm? – bayırdan səs gəldi.
– Düzdür, – dedim. – İndisə rədd olub gedin, yoluq xristi‐
an cücəsi!
– İcazə verin...
Daha dözə bilmədim:
– Rədd olun!
Bircə anlığa heç nə eşidilmədi, sonra pilləkəndən addım
səsləri gəldi. Eh, bu dünyanın adamları öz ulu babalarından
həm ağıllı, həm xeyirxah, həm də insaflıdırlar...
Vağzala tramvayla getdim ki, pula qənaət edim, özümə
araq, siqaret alım. Onsuz da, taksiyə pulum çatmazdı. Sahibə
axşam Bonna – Monika Zilvesə vurduğum teleqramın pulunu
da aldı. Kostert onu ödəməkdən boyun qaçırmışdı. Teleqramı
Koblentsdən rədd cavabı almamışdan əvvəl göndərmişdim.
158 Onlar məni qabaqlamışdılar. Elə buna görə bir az narahat idim.
Yaxşı olardı ki, özüm boyun qaçıraydım, teleqram vuraydım:
“Dizim yaralandığı üçün çıxış edə bilməyəcəyəm”. Eybi yox,
heç olmasa, Monikaya xəbər göndərə bildim: “Xahiş edirəm,
mənzili sabah üçün hazırlayın. Səmimi salamlarla, Hans”.

II
Bonnda hər şey başqa cür idi. Burada heç vaxt səhnəyə
çıxmırdım. Bu şəhərdə yaşayırdım, mindiyim taksi də məni
mehmanxanaya deyil, evimə gətirirdi. Əslində, “biz”i
deməliydim: Mariyanı və məni... Düzdür, evin qapısında
növbətçi dayanmırdı, mən də onu vağzal məmuru ilə dəyişik
salmırdım, bununla belə, ilin üç‐dörd həftəsini burada
qaldığımdan bu mənzil mənim üçün mehmanxanadan da yad
idi...
Bonn vağzalından çıxanda taksiyə əl eləməkdən özümü
güclə saxladım. Buna elə öyrəşmişdim ki, az qala, özümü yenə
pis vəziyyətdə qoymuşdum. Axı cibimdə bircə mark pul
   153   154   155   156   157   158   159   160   161   162   163