Page 163 - heynrix
P. 163
İ ROMAN
sərhədlərini yarıb keçə bilmədi. Katolik cəmiyyətinin digər BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
üzvləri heç vaxt belə zövqsüz, sentimental olmağa cəsarət
etməzdilər. Hər halda, nə əxlaq, nə də zövq məsələlərində bu 163
cür zəiflik göstərməzdilər. Mən isə Monikanın istifadə etdiyi
ətrin qoxusunu da duydum. Həddən artıq tünd, ona heç
yaraşmayan bu ətrin adı, zənnimcə, “Tayqa” idi...
Monikanın qoyduğu siqaretlərdən birini götürüb şamın
alovunda yandırdım, mətbəxdəki konyakı gətirdim, dəhlizdən
telefon kitabçasını götürüb, dəstəyi qaldırdım. Qız bu işi də
qaydasına salmış, telefonu qoşmuşdu. Dəstəkdən aydın, kəsik
zəng səsləri eşidildi, sanki uzaqlarda döyünən bir ürəyin
çırpıntısı idi. Bu anda həmin səs mənə dəniz xışıltısından da,
dalğaların uğultusundan da, aslanların nərəsindən də xoş
gəldi. Onun harasındasa Mariyanın səsi, Leonun səsi, Monika‐
nın səsi gizlənmişdi. Dəstəyi yavaşca yerinə qoydum. İndi
yeganə silahım bu telefon idi, tezliklə ona pənah aparacaqdım.
Şalvarımın sağ qıçını geyib, sol dizimdəki yaraya baxdım. Lap
üzdən sıyrılmışdı, şişi də bir az çəkilmişdi. Qədəhi konyakla
doldurub yarıyacan içdim, qalanını da yaranın üstünə töküb,
mətbəxə qayıtdım, şüşəni soyuducuya qoydum. Yenicə
yadıma düşdü ki, Kostert tapşırdığım arağı gətirmədi. Yəqin,
pedaqoji baxımdan rəva bilməmiş, bununla da, xristian dini
üçün yeddi mark əlli pfenniqə qənaət eləmişdi. Qərara aldım
ki, mütləq zəng vurum, qoy həmin pulu göndərsin. O heyvan
yaxasını belə asanlıqla qurtara bilməzdi! Pul indi özümə də çox
lazım idi! Düz beş il dalbadal xərclədiyimdən çox qazanmış‐
dım, ancaq hamısı sovrulub getmişdi. Əlbəttə, dizim
sağalandan sonra otuz‐qırx mark pulla başımı girələyə
bilərdim. Fərqi yoxdur, son vaxtlar çıxış etdiyim miskin zallar
varyete səhnəsindən də yaxşı idi. Ancaq, əslində, otuz‐qırx
mark bir gün üçün çox azdır. Mehmanxanada tutduğum otaq
balaca olur, məşq eləyəndə gah masaya, gah dolablara
ilişirəm. Mənə elə gəlir ki, vannalı otaq tutmaq hələ zənginlik
əlaməti deyil! Əgər səfərə çıxarkən özünlə beş çamadan
aparırsansa, taksiyə minmək bədxərclik hesab oluna bilməz!