Page 168 - heynrix
P. 168
HAYNRİX BÖLL

Qorxudan qışqırdım:
– Nasist donuzu!
Bu sözləri dəmiryol keçidindəki şlaqbaumun üstündə
oxumuşdum. Nə demək olduğunu bilməsəm də, hiss etdim ki,
lap yerinə düşdü. Herbert Kalik o dəqiqə dalaşmağı buraxıb
rəsmi görkəm aldı. Məni “həbs etdi”, meşinlərdən, yolgös‐
təricilərdən yer düzəldib oraya saldı. Sonra haray çəkib
valideynlərimi, Brül müəllimi, bir nəfər də partiya nümayən‐
dəsini çağırdı. Hirsimdən qışqırır, meşinləri təpikləyir, keşiyimi
çəkən oğlanları söyürdüm:
– Nasist donuzları!
Bir saatdan sonra dindirmək üçün məni sürüyüb bizim
qonaq otağına saldılar. Brül müəllimi heç saxlamaq olmurdu:
– Yerlə yeksan etmək lazımdır! Yerlə yeksan etmək
lazımdır!
Hələ bu günə qədər də bilmirəm ki, məni fiziki, yoxsa,
necə deyərlər, mənəvi cəhətdən yerlə yeksan etdirmək
168 istəyirdi. Fikrim var ki, Pedaqoji Akademiyaya məktub yazıb
xahiş edəm ki, tarixi həqiqət naminə bu sözlərin mənasını izah
eləsin. Partiyanın nümayəndəsi – yerli təşkilat rəhbərinin
müavini Lövenek özünü çox ağıllı apardı. Təkrar‐təkrar dedi:
– Nəzərə alın ki, oğlan hələ on bir yaşına çatmayıb.
Bu sözlərdən sonra bir az sakitləşib, hətta onun “belə
sözləri haradan bilirsən” sualına da cavab verdim:
– Annaberqştrassedəki şlaqbaumun üstündə oxumuşam.
– Bəlkə, kimsə deyib? Bəlkə, kiminsə dilindən eşidibsən?
– Xeyr!
– Uşaq nə danışdığını bilmir, – atam əlini çiynimə qoyub
dedi. Brül ona sərt bir nəzər salıb qorxa‐qorxa Herbert Kalikə
tərəf baxdı. Çox güman ki, atamın bu hərəkəti açıq himayə‐
darlıq kimi qiymətləndirildi. Anam ağlaya‐ağlaya mülayim,
səfeh bir səslə dedi:
– Uşaq nə danışdığını bilmir... nə elədiyini bilmir... Yoxsa
onu oğulluqdan çıxarardım...
– Çıxart! – dedim.
   163   164   165   166   167   168   169   170   171   172   173