Page 173 - heynrix
P. 173
İ ROMAN

Cəmiyyəti”nin Mərkəzi Komitəsi, ağ isə şəxsi söhbətlər BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
üçündür. Bankda özünün altırəqəmli “mədaxil‐məxaric”
hesabı olsa da, birinci telefonla gedən danışıqların haqqını 173
(əlbəttə, Amsterdama və başqa şəhərlərə səfər xərcini də)
Mərkəzi Komitə ödəyir. Qız xətti səhv caladığı üçün anam qara
cihazın dəstəyini götürüb rəsmi səslə:

– “İrqi Ziddiyyətləri Barışdırma Cəmiyyəti”nin Mərkəzi
Komitəsi eşidir, – dedi.

Nitqim tutuldu. Əgər desəydi ki, “Frau Şnir eşidir”, onda,
bəlkə də, belə başlayardım: “Danışan Hansdır! Necəsən, ana?”
Ancaq bunun əvəzində dedim:

– Danışan “Amerikalı Yankilər Cəmiyyəti” Mərkəzi
Komitəsinin səyyar nümayəndəsidir. Xahiş edirəm, məni
qızınızla calaşdırın...

Dediyim sözlərdən özüm də qorxdum. Anam içini çəkdi,
köksünü elə ötürdü ki, əməlli‐başlı qocaldığını hiss etdim.

– Deyəsən, o hadisəni heç cür unuda bilmirsən, eləmi?
Mən də kövrəldim və alçaqdan dedim:
– Unutmaq?! Unutmalıyam, ana?
Susdu. Yalnız qocalara xas olan zəif bir sızıltı eşidəndə
əməlli‐başlı qorxdum. Beş ildir onu görmürdüm. Yaşı altmışı
keçmiş olardı. Qəflətən inanmağa başladım ki, o, doğrudan
da, məni Henriette ilə calaşdıra bilər. Axı həmişə deyir ki,
istəsə, “Allahın özünə də zəng vurar”. Əlbəttə, zarafat eləyir.
Bu gün çox adam partiya, universitet, televiziya mərkəzi, xarici
işlər nazirliyi ilə əlaqəsindən belə danışır...
Henriettenin səsini yaman eşitmək istəyirəm... Eybi yox,
qoy yenə “heç nə”, “tfu” desin. Bu sözlər onun dilində heç vaxt
kobud səslənmirdi. Şnitsler qızın “mistik istedad”ından
danışanda həmin sözlər çox gözəl səslənirdi, adi sözlərdən qəti
fərqlənmirdi (Şnitsler əclaf yazıçı idi, müharibə vaxtı ailəsi ilə
bizdə yaşayırdı. Henriette xəyala dalanda həmişə qızın “mistik
istedad”ından danışırdı. Henriette də, sadəcə olaraq, “tfu”
deyirdi). Əlbəttə, o, başqa sözlər də deyə bilərdi. Məsələn,
“Mən o səfeh Folenaxı bu gün də uddum”. Və ya fransızca
   168   169   170   171   172   173   174   175   176   177   178