Page 178 - heynrix
P. 178
HAYNRİX BÖLL
“taleyin hökmü”ndən danışırdı. Deyirdi ki, hər şey taleyin
hökmü ilə baş verir, mən də onun hökmü ilə belə bir qəribə
tərzdə dindar, belə həyalı, ismətli olmuşam. Bu katoliklərin
beynində çox əcaib fikirlər dolaşır. Əməlli‐başlı şərab da içə
bilmirlər, onda nəsə bir əmma axtarırlar. Gərək, nəyin
bahasına olursa‐olsun, əvvəlcə bu şərabın yaxşı olduğunu və
niyə yaxşı olduğunu “dərk eləyələr”. “Dərk etmək” məsələ‐
sində də marksistlərdən geri qalmırlar. İki‐üç ay bundan əvvəl
bir gitara alıb deyəndə ki, özüm yazıb bəstələdiyim mahnıları
oxuyacağam, Mariya lap dəli oldu. Dedi ki, bu, mənim
“səviyyəmdən” çox aşağıdır.
Cavab verdim ki, səviyyəcə “dalğa”dan sonra kanal gəlir...
Bununla nə demək istədiyimi başa düşmədi. Mənimsə obrazlı
cümləni xırdalamaqdan zəhləm gedir. Dediklərim yarımçıq
anlaşılır, ya da heç başa düşülmür. Sözü xırdalayan deyiləm...
Bəzilərinə elə gələ bilər ki, ipi qırılmış gəlincik kimiyəm.
Əksinə, ip hələ qırılmayıb. Mənə elə gəlirdi ki, yenə Boxumdakı
178 səhnədə uzanmışam, sərxoşam, dizim yaralanıb. Zaldan
mərhəmət dolu uğultu eşidilir, özüm özümə nifrət edirəm. Axı
mən bu mərhəmətə layiq deyildim, fitə bassalar, daha yaxşı
olardı. Düzdür, yaralanmışdım, ancaq elə ağır deyildi ki, belə
axsayam...
Mariyaya təzədən sahib olmaq istəyirdim və onun
uğrunda mübarizəyə başlamışdım. Bu mübarizəni xasiyyətimə
uyğun şəkildə, özünün gətirdiyi kitablarda yazıldığı kimi, “bio‐
loji tələbat”ın xatirinə aparırdım...
VII
Bir dəfə Mariyanın otağına girib kişilərin qadınlarla
gördüyü işi onunla eləyəndə mənim iyirmi bir, qızınsa on doq‐
quz yaşı vardı. Günorta onu Tsüpfnerlə görmüşdüm. Əl‐ələ
verib gülə‐gülə “Yuqendhaym”dan qayıdırdılar. O dəqiqə
ürəyim sancdı. Mariya onun tayı deyildi, belə qol‐qola gəzmə‐
ləri də mənə pis təsir elədi. Tsüpfneri şəhərdə hamı tanıyırdı.
Ən çox da nasistlərin vaxtilə təqib etdiyi atasına görə. Atası