Page 182 - heynrix
P. 182
HAYNRİX BÖLL

çox çəkdi. Mariyanı son vaxtlar gec‐gec görürdüm. Rəfiqələri
ilə buraxılış imtahanlarına hazırlaşırdı. Qoca Derkum hərdən
hiss edirdi ki, ona qulaq asmıram, gözümü zilləyib mətbəxin
qapısına baxıram. Başını bulayıb deyirdi:

– Bu gün gec gələcək.
Mən də qızarırdım...
Cümə günü idi, bilirdim ki, qoca Derkum həftənin bu
günündə axşamüstü kinoya gedir. Bircə onu dəqiq bilirdim,
Mariya evdədir və ya rəfiqəsi ilə imtahana hazırlaşır... Daha
heç nə barədə fikirləşmədim. Bilirdim ki, bütün Bonnun yarısı
nəinki “bu hadisə”dən danışacaq, hətta deyəcəklər: “İşə bax,
imtahanlara iki‐üç gün qalanda...” Onunla bir sinifdə oxuyan
qızlar barədə də düşündüm. Yaman pərt olacaqlar... İnter‐
natda qalarkən bir oğlanın dediyi “fizioloji təfərrüatlar”dan da
çox qorxurdum. Görəsən, kişiyəm, ya yox?! Məni ən çox
təəccübləndirən özümdə zərrə qədər də “bioloji tələbat” hiss
etməməyim idi. Onu da fikirləşdim ki, atasının etibar elədiyi
182 açarla qapını açıb, qızının yanına girmək yaxşı çıxmır. Ancaq
başqa yolum yoxdu, mütləq həmin açardan istifadə
etməliydim. Mariyanın otağının yeganə pəncərəsi küçəyə
açılırdı, həmin küçədə gediş‐gəliş gecə saat ikiyə kimi
kəsilmirdi. Pəncərədən düşmək istəsəm, tutub polisə
aparardılar. Mən isə “həmin iş”i Mariya ilə məhz bu gün
görməli idim. Hələ aptekə girib, Leodan borc götürdüyüm pula
dərman da aldım. Məktəbdə eşitmişdim ki, “kişiliyə” təsir
eləyir. İçəri girəndə qıpqırmızı olmuşdum. Xoşbəxtlikdən, satıcı
kişi idi. Ancaq elə yavaşdan istədim ki, kişi üstümə qışqırdı:
– Bir az ucadan, özü də aydın de, görüm nə istəyirsən?
Dedim. Dərmanı kişi versə də, pulu arvadı aldı, götürəndə
də başını buladı. Şübhəsiz ki, məni tanıyırdı. Yəqin, həmin
günün səhəri “baş verən hadisə”ni eşidəndə barmağını
dişləyib. Ancaq düz fikirləşmirdi, çünki ikicə tin gedəndən
sonra qutunu açıb, içindəki həbləri suya tulladım...
Saat yeddidə – film başlayanda – Qudenauştrasseyə
gəldim. Açar əlimdəydi. Ancaq gördüm ki, qapı açıqdır. İçəri
girəndə Mariya başını dəhlizə çıxarıb qışqırdı:
   177   178   179   180   181   182   183   184   185   186   187