Page 183 - heynrix
P. 183
İ ROMAN
– Ehey, kimdir? BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
– Mən, – dedim. – Mənəm...
Pillələri yüyürə‐yüyürə çıxdım. Mariya məni görəndə 183
yavaş‐yavaş geri – otağına tərəf çəkildi. Bu vaxtacan çox az
söhbət eləmişdik. Yalnız bir‐birimizə baxıb gülümsəmişdik. İndi
bilmirdim, ona “sən” deyim, yoxsa “siz”. Anasından qalmış
köhnə, külrəngli hamam xalatı əynindəydi. Qara saçlarını arxa‐
ya yığıb yaşıl iplə düyünləmişdi. Bir azdan onu açanda gördüm
ki, həmin ipi atasının tilovundan kəsib. Elə qorxmuşdu ki, heç
nə deyəsi olmadım. Nə istədiyimi özü də başa düşdü.
– Çıx get, – dedi.
Ancaq bu sözlər ağzından qeyri‐ixtiyari çıxdı. Bildim ki,
deməlidir. İkimiz də başa düşdük ki, həm ciddi dedi, həm
qeyri‐ixtiyari. Özü də “çıxın gedin” yox, “çıx get” dedi... Deməli,
məsələ həll olunmuşdu. Bu ikicə kəlmə sözdə o qədər nəvaziş
vardı ki, məncə, bir ömrə bəs eləyərdi. Az qaldı, ağlayam.
Həmin sözləri elə dedi ki, yüz faiz əmin oldum: bilirmiş ki,
gələcəyəm. Hər halda, çox da təəccüblənmədi...
– Yox, yox, – dedim, – gedən deyiləm. Axı hara gedim?!
Başını buladı.
– Yoxsa iyirmi mark borc tapıb Kölnə gedim, sonra da
qayıdıb səninlə evlənim?
– Yox, – dedi, – Kölnə getmə.
Üzünə baxdım. İndi qorxmurdum. Daha uşaq deyildim, o
da artıq qadın idi...
Əvvəlcə xalatın yaxasını ağız‐ağıza tutan əlinə, sonra da
pəncərənin yanındakı yazı masasının üstünə baxdım. Orada
dəftər‐kitab görməyəndə çox sevindim. Bir tikiş iynəsi, bir də
biçim nümunəsi vardı...
Qaça‐qaça dükana düşdüm, qapını bağlayıb, açarı öz
yerinə qoydum. Əlli ildi ki, onu ipək balınclarla nisyə dəftərinin
arasında gizlədirdilər. Geri qayıdanda gördüm, Mariya
çarpayının üstündə oturub ağlayır. Mən də çarpayının o biri
başında oturdum, siqaret yandırıb ona verdim. Ömründə ilk
dəfə siqaret çəkdi. Səriştəsiz olduğu o dəqiqə bilinirdi. İkimiz