Page 188 - heynrix
P. 188
HAYNRİX BÖLL

istədiyim “iş”i görüb qurtarmışam. Qızı öpdüm və gülüm‐
sədiyini görəndə kefim duruldu. Əllərinin təmasını boyun‐
boğazımda hiss etdim. Bumbuz idi... Pıçıltı ilə soruşdum:

– Orada neyləyirdin?
– Neyləyə bilərdim ki?! Mələfəni yuyurdum. Əlbəttə,
təzəsini gətirsəm, daha yaxşı olardı. Ancaq dördcə dənə
mələfəmiz var. İkisini döşəyin üstünə salırıq, ikisini də
yuyulmağa veririk.
Onu özümə tərəf çəkib üstünü yorğanla örtdüm, buz kimi
əllərini qoltuğumun altına aldım. Dedi ki, əlləri isindi, elə bil,
quş öz yuvasına girdi...
– Axı mələfəni yumaq üçün Huberə verə bilməzdim, –
pıçıldadı, – bizim paltarları həmişə o yuyur. Tutduğumuz işi
bütün şəhər bilərdi. Tullamaq da istəmirdim. Hətta bir anlığa
atmaq istədim, ancaq heyfim gəldi.
– İsti suyunuz yoxdur?
– Yox, qızdırıcı çoxdan xarab olub.
188 Qəflətən ağlamağa başladı. İndi nə üçün ağladığını
soruşanda pıçıldadı:
– İlahi... Axı mən katolikəm... Özün bilirsən...
Dedim ki, onun yerinə kim olsaydı, ağlayardı – yevangelist
də, lap elə dinə inanmayan da. Hətta nə üçün ağladıqlarını da
bilirəm.
Sualedici nəzərlərlə üzümə baxdığını görüb dedim:
– Çünki yer üzündə “bakirəlik” deyilən şey var.
Yenə ağladı. Ancaq bu dəfə niyə ağladığını soruşmadım.
Bilirdim ki, kilsə bayramlarını rəfiqələriylə birlikdə keçirir.
Məlum məsələ idi ki, onlara bakirə Məryəmdən çox
danışmışdı. Ona görə indi özünü yalançı, xəyanətkar bilirdi.
Nələr çəkdiyini hiss etdim. Doğrudan da, səfehlik eləmişdim.
Ancaq gözləyə də bilməzdim. Deyəndə ki, qızlarla özüm
söhbət edərəm, o diksindi:
– Nə? Kiminlə söhbət edərsən?
– Rəfiqələrinlə. Səni çətin vəziyyətə salmışam. Görsən ki,
başqa çıxış yolun yoxdur, hamısını mənim boynuma yıx, de ki,
zorladı.
   183   184   185   186   187   188   189   190   191   192   193