Page 193 - heynrix
P. 193
İ ROMAN

– Gecə durduğun, döşəkağını yuduğun yadındadır? BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
Başını tərpətdi:
– Əlimi qoltuğuna alıb necə isitdiyini heç vaxt unut‐ 193
maram. İndisə çıx get. Səkkizin yarısı olacaq. Uşaqlar gələr, –
dedi.
Kömək elədim, qəzet bağlamalarını içəri daşıdıq. Həmin
vaxt Şmits tərəvəz daşıdığı maşınla bazardan qayıtdı. Özümü
dəhlizə atdım ki, məni görməsin. Ancaq görmüşdü. Qonşu
gözü şeytan gözündən də iti olur. Dükanda oturub çox adamın
göydəcə qapdığı səhər qəzetlərinə baxdı. Mənsə qəzetləri ya
axşamlar, ya da vannada uzananda oxuyuram. Vannada
olanda ən ciddi səhər qəzetləri də mənə axşam qəzetləri kimi
gülünc görünür. Bu günün əsas başlığı belə səslənirdi: “Ştraus:
Ardıcıl siyasət”. Bəlkə də, baş məqalələri, əsas başlıqları
yazmağı kibernetik maşınlara həvalə etmək daha yaxşı olardı.
Elə sərhədlər var ki, küt beyinlər onu yarıb keçə bilmir.
Dükanın qapısı açıldı. Təxminən 8–9 yaşlı balaca, qarasaç,
alyanaq, tərtəmiz yuyunub daranmış bir qız uşağı qoltuğunda
ibadət kitabçası içəri girdi.
– Onpfenniqlik şirni verin.
On pfenniqə neçə şirni düşdüyünü bilmirdim. Şüşə qabı
açıb iyirmi dənə şirni saydım, kağıza büküb ona uzatdım.
Ömrümdə ilk dəfə əlimin təmiz olmadığına görə utandım.
Şüşə qab onları daha da eybəcər göstərirdi. Qız iyirmi şirnini
görəndə təəccüblə üzümə baxdı. Tez dilləndim:
– Elədir, elədir, apar get.
Onpfenniqliyi piştaxtanın üstündən götürüb kassaya
atdım. Mariya gələndə pulu fəxrlə ona göstərdim. Güldü və
dedi:
– İndisə getmək vaxtıdır.
– Axı niyə gedim? Atanı gözləyə bilmərəm?
– O, saat doqquzda durub aşağı düşəndə sən də qayı‐
darsan. Get. Axı qardaşın Leoya da danışmalısan. Başqa‐
larından eşitməkdənsə, özün de.
– Elədir... Düz deyirsən... Sən də... – yenə qızardım, –
məktəbə getməyəcəksən?
   188   189   190   191   192   193   194   195   196   197   198