Page 190 - heynrix
P. 190
HAYNRİX BÖLL
məni həm sevindirdi, həm də kədərləndirdi. Sonralar bir
mehmanxanadan digərinə köçəndə hər səhər yerimdə uzanır,
onun necə yuyunduğuna, necə geyindiyinə tamaşa edirdim.
Vanna otağı çarpayımdan görünməyəndə durub ora keçir, van‐
naya uzanırdım.
Həmin səhər yataqdan durmaq istəmirdim. Ürəyimdən
keçirdi ki, kaş onun geyinməyi heç vaxt qurtarmayaydı. Boyun‐
boğazını, qollarını, sinəsini yaxşı‐yaxşı yudu, dişlərini təmizlədi.
Mən özüm səhər‐səhər yuyunmağı xoşlamıram, diş sürtmək‐
dən də lap zəhləm gedir. Mənimki vannada uzanmaqdır.
Mariyanın necə yuyunduğuna isə ləzzətlə baxırdım. Elə saf,
elə təbii idi ki... Hətta adicə diş məcununun ağzını bağlaması
da adama xoş gəlirdi. Həddən artıq dindar, dürüst, vicdanlı və
dəqiq olan qardaşım Leonu xatırladım. Həmişə deyirdi ki,
mənə çox “inanır”. O, kamal attestatı almağa hazırlaşırdı.
Hətta elə bil utanırdı ki, özü on doqquz yaşında, vaxtında
kamal attestatı alır, mənsə iyirmi bir yaşım ola‐ola hələ də
190 gimnaziyanın aşağı sinfində oxuyuram, “Nibelunqlar nəğ‐
məsi”nin belə saxta şərh olunduğuna əsəbiləşirəm. O,
Mariyanı katolik və yevangelist gənclərin bir yerə yığışıb
demokratiya, dini azadlıq barədə müzakirələr keçirdiyi
dərnəklərin hansındasa görmüşdü. Onda ikimiz də – Leo da,
mən də – valideynlərimizi sadiq ər‐arvad, ailəmizin başçısı
hesab eləyirdik. Leo eşidəndə ki, atamın on ildir məşuqəsi var,
əməlli‐başlı sarsıldı. Elə mən özüm də sarsıldım. Ancaq bu,
mənəvi sarsıntı deyildi. Saxta bir şirinliklə danışan, səsləri
həmişə “e”‐ləşdirən, “i”‐ləşdirən anamla yaşamağın nə qədər
çətin olduğunu yaxşı təsəvvür edirdim. O, təsadüfi hallarda
“a”, “o”, “u” səsləri olan sözlər işlədirdi. Leonun adını da
qısaldaraq “Le” kimi tələffüz edirdi. Ən sevimli cümləsi bu idi:
“Biz hadisələrə müxtəlif tərəflərdən yanaşırıq”. Başqa cümləsi
də vardı: “Prinsip etibarilə, mən haqlıyam, ancaq bəzi detal‐
lara bir də baxmağa hazıram”. Atamın məşuqəsi faktı mənim
estetik dünyam üçün böyük bir zərbə oldu: axı ona məşuqə
yaraşmırdı! O nə ehtiraslı adamdır, nə də həyatsevər. Əgər