Page 191 - heynrix
P. 191
İ ROMAN
həmin qadının ona iynə vuran tibb bacısı və ya şəxsi qulluqçu BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
olması faktını istisna etsək (axı bunların da heç biri çox patetik
səslənən “məşuqə” sözünə uyğun gəlmir), demək olar ki, 191
ümumiyyətlə, ona məşuqə yaraşmırdı. Əslində, həmin qadın
mehriban, qəşəng, ancaq intellektual səviyyəsi çox da yüksək
olmayan bir müğənni idi.
Atam heç vaxt gəlirli müqavilə bağlamaq və ya konsertlər
təşkil etmək işində ona kömək eləməmişdi. Belə şeylərdə o,
çox ciddi idi. Mənim üçün çox dolaşıq görünən bu hadisə
Leoya bərk təsir elədi. Bütün idealları məhv oldu. Anam başqa
söz tapa bilməyib dedi: “Leo böhran keçirir”. Yazı işindən “iki”
alanda anam onu zorla psixiatrın yanına aparmaq istədi.
Birtəhər mane oldum. Kişilərin qadınlarla gördükləri iş barədə
nə bilirdimsə, hamısını qardaşıma danışdım. Hər gün ev
tapşırıqlarını yazmaqda ona kömək etdim. Leo yazı işindən
əvvəlcə “3”, sonra “4” alanda anam onu psixiatra aparmaq
fikrindən vaz keçdi.
Mariya tünd‐yaşıl rəngli donu əyninə geyindi. Onu arxa‐
dan bəndləməyə çətinlik çəkdiyini görsəm də, durub kömək
eləmədim. Əllərini kürəyinə necə apardığına, dümağ çiyinlə‐
rinə, qara saçlarına baxmaq mənə ləzzət eləyirdi. Həmin anda
əsəbiləşməməsi yaman xoşuma gəldi. Axırda çarpayıya
yaxınlaşdı. Durub bəndlədim. Niyə belə tezdən durduğunu
soruşanda dedi ki, atası səhərəyaxın rahat yatır, doqquza kimi
durmayacaq, ona görə də gedib qəzetləri götürməli, dükanı
açmalıdır. Hərdən uşaqlar ibadətə getməzdən qabaq gəlib
dəftər, qələm, konfet alırlar.
– Bundan əlavə, – sözünə davam etdi, – sən səkkizin
yarısında çıxsan, yaxşıdır. Gedim qəhvə hazırlayım. Beş
dəqiqədən sonra yavaşca mətbəxə gələrsən.
Mətbəxə düşəndə mənə elə gəldi ki, evliyəm. Mariya
qəhvə süzdü, sonra başını bulaya‐bulaya dedi:
– Səhər yeməyinə həmişə belə yuyunmamış, daranma‐
mış gəlirsən?
Cavab verdim ki, elədir. Hətta internatda da məni
səhərlər yuyunmağa öyrədə bilmədilər.