Page 194 - heynrix
P. 194
HAYNRİX BÖLL

– Bu gün getməyəcəm... Daha heç vaxt getməyəcəm...
Tez qayıt.

Çətinliklə ayrıldım. Məni astanaya qədər ötürdü. Qapını
açanda onu öpdüm ki, Şmitslə arvadı görsün. Balıq kimi
gözlərini qırpmadan biz tərəfə baxırdılar. Qəflətən hiss etdilər
ki, çoxdan qarmağa düşüblər...

Bir daha geri baxmadan küçə ilə irəlilədim. Soyuq idi.
Pencəyimin yaxasını qaldırıb siqaret yandırdım. Sonra bazara
tərəf burulub, Fransiskanerştrasse ilə üzüaşağı düşdüm,
Koblentserştrassenin tininə çatanda yanımdan keçən avto‐
busa atılıb mindim. Qapını konduktor açdı. Pulunu vermək
istəyəndə barmağını silkələdi, başını bulaya‐bulaya əlimdəki
siqaretə işarə etdi. Tez söndürüb pencəyimin cibinə qoydum.
Salonun ortasına tərəf irəlilədim. Koblentserştrasseyə baxa‐
baxa Mariyanı düşünməyə başladım.

Deyəsən, sir‐sifətim yanında dayandığım kişinin xoşuna
gəlmədi. Oxuduğu qəzeti qatlayıb “Ştraus: Ardıcıl siyasət”
194 məqaləsini yarımçıq qoydu, eynəyini burnunun ucuna tərəf
çəkib, başını bulaya‐bulaya altdan‐yuxarı mənə baxdı, öz‐
özünə donquldandı:

– Ağıla sığmayan şeydir...
Arxa tərəfində oturan qadın da – bayaq, az qala, yanına
qoyduğu bir kisə yerkökünü aşırmışdım – başı ilə kişinin
sözlərini təsdiqlədi, sonra o da başını bulaya‐bulaya dodaqaltı
nəsə dedi.
Həmişəkindən fərqli olaraq, bu gün səhər‐səhər Mari‐
yanın güzgüsü önündə dayanıb saçlarımı daramışdım.
Əynimdə də külrəngli tərtəmiz, abırlı pencək vardı. Saqqalım
elə tez çıxan deyildi ki, onu bircə gün qırxmamağım məni
“ağıla sığmayan” bir adama çevirəydi. Boyca nə uzun deyiləm,
nə gödək. Yekə olmayan burnum da pasportumda “xüsusi
əlamət” kimi qeyd olunmayıb. Orada yazılıb: “Heç bir xüsusi
əlaməti yoxdur”. Üst‐başım tərtəmizdi, sərxoş deyildim. Ancaq
bir kisə yerkökü aparan arvad eynəkli kişidən çox əsəbiləşdi.
Kişi başını bir dəfə də ümidsiz‐ümidsiz bulayıb eynəyini yuxarı
   189   190   191   192   193   194   195   196   197   198   199