Page 195 - heynrix
P. 195
İ ROMAN

qaldırdı, Ştrausun “Ardıcıl siyasət”ini oxumağa başladı. BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
Qadınsa dodaqaltı məni söyüb, narahatlıqla başını o tərəfə,
bu tərəfə çevirdi. Sanki başqa sərnişinlərə dillə deyə 195
bilmədiyini anlatmaq istəyirdi. Mən bu günəcən də
“yankilər”in hansı görkəmdə olduqlarını bilmirəm, yoxsa
fikirləşərdim ki, bəlkə, məni onlara oxşadırlar. Ancaq, deyəsən,
xarici görkəmim deyil, baxışlarım onları çaşdırmışdı. Özü də
küçəyə baxa‐baxa Mariya barədə düşünən anda... Adamların
bu lal düşmənçiliyi məni əsəbiləşdirdi, evimizə bir dayanacaq
qalanda avtobusdan düşdüm. Reynə tərəf dönməzdən əvvəl
Ebertale ilə bir azca piyada getdim.

Bağımızdakı cökə ağaclarının kökü qapqara, həm də nəm
olurdu. Qırmızı rəngli tennis meydançası yenicə xətlənmişdi.
Reyndən yedəkçi qayıqların uğultusu eşidilirdi. Dəhlizə
girəndə gördüm ki, Anna mətbəxdə kiminsə qarasınca astadan
deyinir. Yalnız bir neçə sözü tuta bildim: “Axırı yaxşı olmaya‐
caq... Axırı... pis...”

Mətbəxin açıq qalmış qapısından dedim:
– Mənim üçün səhər yeməyi hazırlama, Anna.
Tələsik evə girdim, qonaq otağına çatanda dayandım.
Üstündə iri qədəhlər, müxtəlif ov heyvanlarının buynuzları,
sümükləri düzülmüş palıd rəflər mənə heç vaxt belə tutqun
görünməmişdi. Yaxındakı musiqi salonunda Leo Şopenin
mazurkasını çalırdı. Qardaşım onda musiqiçi olmaq istəyirdi.
Ona görə də hər səhər altının yarısında durub dərsə gedənə
qədər məşq edirdi. İndi elə çalırdı ki, özümü birdən‐birə zül‐
mətin qoynunda hiss etdim, hətta Leonun çaldığını da unut‐
dum. Leo ilə Şopen bir‐birinə uyuşmur, ancaq indi elə yaxşı
çalırdı ki, bu da yadımdan çıxdı. Keçmiş bəstəkarlardan ən çox
Şopenlə Şuberti xoşlayıram. Bilirdim ki, musiqi müəllimimiz
onda düz deyirdi: “Motsart – ilahidir, Bethoven – misilsizdir,
Qlük – təkrarsızdır, Bax – nəhəngdir”. Doğrudan da, Bax mənə
həmişə insanı heyrətə gətirən otuzcildlik “Dini ehkamlar”ı
xatırladır. Ancaq Şubertlə Şopen özüm kimi dünyəvidirlər. On‐
lara daha çox qulaq asıram. Reynə tərəf uzanan bağımızda,
   190   191   192   193   194   195   196   197   198   199   200