Page 196 - heynrix
P. 196
HAYNRİX BÖLL

salxım söyüdlərin yanında babamın qurdurduğu nişangahlar
tərpənirdi. Yəqin, Furmana tapşırmışdılar ki, onları rəngləsin.
Babam hərdən “subay qocalar”dan bir neçəsini haraylayıb
bura yığırdı. Evin qarşısındakı meydançada isə on beş nəhəng
maşın hazır dayanırdı. On beş sürücü üşüyə‐üşüyə hasarların,
ağacların arasında dayanıb gözləyir və ya dəstə‐dəstə
bölünərək daş skamyaların üstündə oturub kart oynayırdılar.
“Subay qocalar”dan hansısa “onluğu” vuranda şampan
tıxacının partıltısı eşidilirdi. Babam hərdən məni də ora
çağırtdırardı. “Subay qocalar”a çox da çətin olmayan fokuslar
göstərər, Adenauru, Erhardı yamsılayar, bəzən də xırda
səhnələr oynayardım. Məsələn, “Menecerlər vaqondakı
restoranda”. Bu nömrələri nə qədər həvəssiz göstərsəm də,
gülməkdən qarınlarını tutub deyirdilər: “Əcəb ləzzət verdi".
Sonra boşalmış güllə qutusu və ya məcməyi ilə onlara
yaxınlaşanda çox vaxt kağız pul verərdilər. Bu eybəcər qoca
qurdlarla bir‐birimizi yaxşı başa düşürdük. Düzdür, onlarla heç
196 bir yaxınlığım yox idi, ancaq mən çin mandarini ilə də ümumi
dil tapa bilirdim. Bir neçəsi göstərdiyim tamaşalar haqqında
fikir də söyləyirdi: “Misilsizdir! Əvəzi yoxdur!” Bəziləri hətta
cümlə də deyə bilirdi: “Bu oğlanda nəsə var!” və ya
“Gələcəkdə istedadı üzə çıxacaq!”

Şopenə qulaq asanda ilk dəfə ürəyimdən keçdi ki, gərək
özümə bir agent tapam, pul qazanam. Məsələn, babamdan
xahiş edə bilərdim ki, kömək eləsin, iclasdan sonra
kapitalistlərə cürbəcür səhnələr göstərim və ya nəzarət
şurasının yığıncağından sonra iştirakçıları əyləndirim. Hətta
“Nəzarət şurası” adlı nömrə də hazırlamışdım.

Leo içəri girəndə Şopenin musiqi sədaları kəsildi.
Qardaşım ucaboy, sarışın bir oğlandır. Gözündəki sağanaqsız
eynək onu superintendanta və ya İsveç yezuitinə bənzədir.
Qara şalvarının şax ütüsü Şopen nəfəsinin son hənirtisini də
dağıtdı. Heç biri xoşuma gəlmədi: nə şax ütülü şalvarı, nə ağ
jileti, nə də qırmızı köynəyinin yaxalığı. Kiminsə əbəs yerə
özünü zərif göstərməyə çalışdığını görəndə, “Etelbert”, “Qe‐
   191   192   193   194   195   196   197   198   199   200   201