Page 198 - heynrix
P. 198
HAYNRİX BÖLL
Bilmirdi əllərini harada gizlətsin. Yerə baxa‐baxa yanım‐
dan keçib‐getmək istədi. Qolundan bərk‐bərk yapışdım:
– Mariya Derkumun yanındaydım... – astadan dilləndim.
Qolunu dartıb çıxardı, bir addım geri çəkildi.
– İlahi! Ola bilməz! – qəzəblə üzümə baxıb nəsə
mızıldadı.
– Necə? Nə dedin?
– Dedim ki, doğrudan da, maşınla gedəsi olacam. Apa‐
rarsan?
– Apararam, – deyib əlimi çiyninə qoydum. Beləcə, yanaşı
addımladıq. İstəmirdim ki, üzümə baxsın. Bayırda dedim:
– Get açarı gətir. Anam sənə verər. Vəsiqəni də götür...
Bir də, Leo... mənə pul lazımdır... Səndə qalıb?
– Kassada var. Özün götürə bilərsən?
– Bilmirəm... Yaxşı, göndərərsən...
– Göndərmək? Çıxıb gedirsən?
– Gedirəm.
198 O, başını tərpədib pilləkənlə yuxarı qalxdı. Gedəcəyimi
yalnız Leo soruşan anda bildim. Mətbəxə girəndə Anna məni
narazılıqla qarşıladı.
– Elə bilirdim, yeməyəcəksən, – hiddətlə dilləndi.
– Yemək istəmirəm. Qəhvə içəcəm.
Tərtəmiz silinmiş masanın arxasına keçib Annaya baxdım.
O, qəhvədanın süzgəcini götürüb fincanın üstünə tutdu. Biz
səhər yeməyini həmişə qızlarla mətbəxdə yeyirdik, çünki
bayramsayağı bəzədilmiş masanın arxasında oturanda
darıxırdıq. İndi Anna mətbəxdə tək idi. İkinci qulluqçumuz
Noretti səhər yeməyini anamın yataq otağına aparmışdı və
ona hansı paltarı geymək, hansı kosmetikadan istifadə etmək
barədə məsləhət verirdi. Çox güman ki, anam sapsağlam
dişləriylə buğda qovurması yeyirdi, üzünə də təbii bitkilərdən
hazırlanmış “maska” yaxmışdı.
Noretti isə qəzeti ucadan oxuyurdu. Bəlkə də, səhər
ibadəti ilə məşğul idilər. Duanın mətninin yarısını Qötedən,
yarısını Lüterdən götürür, çox vaxt da ona bir az “əxlaq prin‐