Page 202 - heynrix
P. 202
HAYNRİX BÖLL
qorxa saatına baxmasından əsəbiləşdim. Hələ səkkizə beş
dəqiqə qalırdı, kifayət qədər vaxtı vardı.
– Doğrudan, əsgərliyə gedirsən? – bir də soruşdum.
– Niyə getmirəm?! – hirsləndi. – Maşının açarını ver!
Başımı tərpədərək açarı verib ondan uzaqlaşdım.
Yol gedə‐gedə Henrietteni düşündüm, Leonun əsgərliyə
getməsini ağılsızlıq hesab elədim. Saray bağını keçib univer‐
sitetə çatdım, oradan da bazara tərəf döndüm. Üşüdüm.
Ürəyim Mariyanı istədi.
İçəri girəndə gördüm, dükan uşaqla doludur. Onlar
rəflərdən konfet, qrifel, pozan götürür, pulunu da piştaxtanın
üstünə qoyurdular. Sivişib mətbəxə keçəndə qoca Derkum heç
başını da qaldırıb baxmadı. Sobaya yaxınlaşıb, qızınmaq üçün
əllərimi qəhvədanın üstünə qoydum. Elə bildim, Mariya indicə
gələr. Siqaretim qurtarmışdı. Heç bilmirdim, qız gedib siqaret
gətirəndə onun pulunu verim, ya yox. Özümə qəhvə süzəndə
gördüm ki, masanın üstündə üç fincan var. Dükana sakitlik
202 çökdü. Qarşımdakı fincanı geri itələdim. Kaş Mariya indi
yanımda olaydı! Sobanın böyründəki ləyəndə əl‐üzümü
yudum, sabunqabındakı dırnaq fırçası ilə saçlarımı sahmana
saldım, köynəyimin yaxalığını düzəldib, qalstuku bir az yuxarı
çəkdim. Dırnaqlarıma baxdım: təmiz idi. Qəflətən hiss etdim
ki, indiyəcən eləmədiyim işlərin hamısını bundan sonra
mütləq eləməliyəm.
Qoca Derkum içəri girəndə yenicə oturmuşdum. Həmin
dəqiqə ayağa durdum. O da mənim kimi pərt olmuşdu,
utanırdı. Qəzəbli olmasa da, ciddi görünürdü. Əlini qəhvədana
tərəf uzadanda azacıq diksindim, bununla belə, hiss olundu.
Qoca başını bulayıb özünə qəhvə süzdü.
Qəhvədanı mənə uzatdı. Təşəkkür etdim. Hələ də üzümə
baxmırdı. Axşam Mariyanın otağında bu görüş barədə
fikirləşəndə özümü çox inamlı hiss edirdim. Ürəyim siqaret
istədi, ancaq masanın üstündəki qutudan götürməyə
cəsarətim çatmadı. Başqa vaxt olsaydı, götürərdim. O, başını
masaya tərəf əyib oturmuşdu. İri daz kəlləsi, dən düşmüş
seyrək saçları kişini çox qoca göstərirdi. Yavaşdan dedim: