Page 206 - heynrix
P. 206
HAYNRİX BÖLL
hamının həsrət çəkdiyi qəhbələrin jarqonunda danışsın. Eh,
bu saxta ümidlər, saxta təvazö, qeyri‐təbii şeylərlə edilən saxta
alver... Hətta müqəddəs Roma kilsəsinin xadimələri də qəhbə
qıtlığından şikayətlənməyə başlasalar, təəccüblənməzdim.
Evimizdəki qəbulların hansındasa “Fahişəliyə qarşı mübarizə
komitəsi”ndə işləyən bir partiya xadimi ilə tanış oldum və elə
yanımdaca pıçıltı ilə Bonndakı qəhbə qıtlığından şikayətləndi.
Doğrudan da, o vaxtlar Bonn pis şəhər deyildi. Saysız‐hesabsız
dar döngələr, kitab mağazaları, tələbə dəstələri, balaca
şirniyyat dükanları... Hamısının da arxa tərəfində qəhvə içmək
üçün xüsusi otaqlar vardı.
Leoya zəng vurmazdan əvvəl eyvana çıxdım, doğma
şəhərə göz gəzdirdim. Doğrudan da, qəşəng idi: kilsənin
qülləsi, qədim kurfürstlər qəsrinin qübbələri, Bethovenin
heykəli, balaca bazar, Saray bağçası... Qəribə taleyinə heç də
hər kəs inanmasa da, bu şəhərin qismətinə düşüb. Eyvanda
dayanıb Bonnun havasını sinədolusu ciyərlərimə çəkdim, elə
206 ləzzət aldım ki, bunu heç özüm də gözləmirdim. Havasını
dəyişmək istəyən adam üçün Bonn, müvəqqəti də olsa,
möcüzəyə dönür...
Geri qayıdıb, tərəddüd etmədən Leonun oxuduğu
“müəssisə”nin nömrəsini yığdım. Özümü itirmişdim. Katolik
olan gündən bəri Leonu görməmişdim. Bircə dəfə uşaqlara xas
bir ədəblə mənə məktub yazmışdı: “Əziz qardaşım! Bu
məktubla bildirirəm ki, hərtərəfli götür‐qoy edəndən sonra ka‐
tolik kilsəsinə daxil olmağı, keşiş sənətini öyrənməyi qərara
aldım. Əminəm ki, lap yaxınlarda görüşüb, həyatımda baş
verən bu əsaslı dönüş haqqında söhbət edə biləcəyik. Səni
sevən qardaşın Leo!” Məktubun əvvəlində, nəyin bahasına
olursa olsun, “mən” əvəzliyindən qaçmaq kimi köhnə bir
adətə sadiqlik, “mən bu məktubla bildirirəm ki...” yazmaq
əvəzinə, “bu məktubla bildirirəm ki...” işlətmək... Bəli, Leonun
bütün varlığı indi bundan ibarət idi. Piano çalmaq kimi parlaq
istedadından əsər‐əlamət qalmamışdı. Onun hər şeyə rəsmi
yanaşması məni daha da bədbinləşdirirdi. Əgər belə getsə,