Page 208 - heynrix
P. 208
HAYNRİX BÖLL

– Xeyr, – dedim, – ancaq onun kimi bir şeydir.
– Deməli, bədbəxt hadisə baş verib.
– Xeyr, – dedim, – ruhi bədbəxtlikdir.
– Başa düşdüm, – o, bir az yumşaldı, – içəri qan sızıb.
– Xeyr. Ruhi bədbəxtlikdir. Mənəviyyatla bağlıdır.
Çox güman ki, bu sözdən xəbərsiz idi, ona görə də susdu.
Mən titrəməyə başladım:
– İlahi! – dedim. – Axı insan cisimlə ruhdan ibarətdir.
Nəsə donquldadı. Deyəsən, mənim bu “nəzəriyyə”mə
inanmadı. Qəlyanından bir qullab vurub mızıldadı:
– Avqustin... Bonaventura... Kuzanus... Səhv eləyirsiniz...
– Ruhidir... – inadkarlıqla dedim. – Xahiş edirəm, cənab
Şnirə çatdırın ki, qardaşı ruhi təhlükə qarşısındadır, nahardan
qayıdan kimi zəng vursun.
– Ruh... – soyuq tərzdə təkrar etdi, – qardaşı... təhlükə...
– Bu sözləri elə tələffüz etdi ki, sanki zibil, zəhrimar, zindan
deyirdi. Lap gülünc işdi: nə qədər olmasa da, orada dərs keçən
208 tələbələr gələcəkdə ruhların xilaskarı olmalı idilər, həmsöh‐
bətim də “ruh” sözünü eşitməmiş olmazdı.
– Təcilidir... Çox təcilidir, – dedim.
Bir neçə dəfə “hm” elədi və deyəsən, “ruh”la bağlı olan
işin təcili ola biləcəyinə inanmadı.
– Yaxşı, çatdıraram. Şəhərdə nə olub dediniz?
– Heç nə! Heç nə olmayıb. Bu işin şəhərlə heç bir əlaqəsi
yoxdur. Adımı hərfləmək üçün həmin sözü dedim.
– Hə, yəqin, elə bilirsiniz ki, dərslər burada hərflərdən
başlayır. Doğrudan, belə fikirləşirsiniz? – Kişidə nəsə bir can‐
lanma hiss olundu. Bildim ki, xoşladığı mövzunu tapıb. – İndi
çox yumşaq metodlardan istifadə edirlər…
– Əlbəttə, – dedim, – gərək məktəbdə kötəkdən çox
istifadə olunsun.
– Doğru sözünüzdür? – sevinclə qışqırdı.
– Elədir, – dedim, – kötəyi ən çox da müəllimlər yeməlidir.
Qardaşıma nə çatdıracağınızı unutmadınız ki?
   203   204   205   206   207   208   209   210   211   212   213