Page 213 - heynrix
P. 213
İ ROMAN

dunun səhmdarları, günortadan sonra müəllim olmağa BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
hazırlaşan tələbələr qarşısında, axşam isə varyetedə çıxış
etmişdim. Sonuncuda elə candərdi əl çaldılar ki, gələcək 213
tənəzzülün ilk işartısını hiss etdim. Həmin səfeh mehmanxa‐
nada nömrəyə gətirmək üçün telefonla pivə sifariş verəndə
baş xidmətçi buz kimi soyuq bir səslə cavab verdi:

– Baş üstə, cənab!
Sanki horra sifariş vermişdim, pivəni gümüş parçda
gətirdilər. Yaman yorulmuşdum, bir az pivə içmək, kart oyna‐
maq, çimmək, axşam qəzetlərinə baxmaq, sonra da Mariyanın
böyrünə uzanıb yatmaq istəyirdim: sağ əlimi sinəsinə qoyub,
üzümü başına söykəyər, saçlarının ətrindən məst ola‐ola yuxu‐
ya gedərdim. Zəif alqış sədaları hələ qulağımdan getməmişdi.
Əl çalmasalar, bundan yaxşı olardı. Göstərdiyim nömrələrə
qarşı o yorğun, təkəbbür dolu nifrət bu səfeh parçdakı pivə
kimi dadsız‐duzsuz idi. Sadəcə olaraq, belə “yüksək səviyyəli”
söhbətə girişmək iqtidarında deyildim.
– Hans, söhbət elə bir işdən gedir ki, – səsini bir az
alçaltdı, hiss etmədi ki, “iş” sözünün bizim üçün ayrıca mənası
var. Deyəsən, unutmuşdu. Qoşa çarpayının ayaq tərəfində var‐
gəl etməyə başladı. Siqaret tutduğu əli yelləndikcə xırdaca
tüstü burumları havaya səpələnmiş nöqtələrə oxşayırdı. Son
illər papiros çəkməyə başlamışdı, özü də əynindəki açıq‐yaşıl
koftada çox gözəl görünürdü; dərisi ağappaq, saçları əvvəl‐
kindən də qara idi. İlk dəfə gördüm ki, boynunda vətərlər var.
– İnsafın olsun, – dedim, – qoy bir az yatım, duran kimi
hər şeyi həll edərik. İlk növbədə, həmin işi...
Ancaq yenə heç nə hiss eləmədi, geri çevrilib çarpayının
qarşısında dayandı. Dodaqlarındakı ifadədən gördüm ki, belə
danışmağının nəsə bir səbəbi var, ancaq boynuna almaq
istəmir. Siqareti sümürəndə dodaqlarının ucunda qırışlar
əmələ gəldi. Onları birinci dəfə görürdüm. Başını bulaya‐bu‐
laya üzümə baxdı, köksünü ötürdü, təzədən geri dönüb
gəzişməyə başladı.
   208   209   210   211   212   213   214   215   216   217   218