Page 216 - heynrix
P. 216
HAYNRİX BÖLL

yanaşı dayanıb küçəyə baxırdıq. Katoliklər komitəsinin üzvlə‐
rini vağzala daşıyan taksilərin ardı‐arası kəsilmirdi. Rahibələr,
keşişlər, ciddi görkəmli “gənc katoliklər”... Onların içində
Şnitsleri də gördüm. Nəcib görkəmli yaşlı bir rahibəni taksiyə
mindirirdi. Bizdə qalanda yevangelist idi. İndi ya katolik
olmuşdu, ya da qurultayda müşahidəçi yevangelist kimi iştirak
edirdi. Ondan hər şeyi gözləmək olardı. Aşağıda çamadan
daşıyan kim, xidmətçilərin ovcuna çaypulu basan kim. Yorğun
olduğum üçün bu qarmaqarışıqlıqdan başım hərləndi, taksilər,
rahibələr, işıqlar, çamadanlar bir‐birinə qarışdı. Varyete
səhnəsindəki ölüm qoxulu o zəif alqışların səsi də qulağımdan
hələ çəkilməmişdi...

Mariya “nizam‐intizam prinsipləri” haqqındakı monolo‐
qunu çoxdan qurtarmışdı. Daha siqaret də çəkmirdi. Mən
pəncərədən çəkiləndə arxamca gəldi, çiynimdən yapışıb
gözlərimdən öpdü:

– Əzizim, – dedi, – əzizim, yaman yorulubsan. – Onu qu‐
216 caqlamaq istəyəndə pıçıldadı: – Xahiş edirəm... Lazım deyil...

Xahiş edirəm...
Ən böyük səhvim də onda oldu ki, buraxdım. Elə paltarlı‐

paltarlı çarpayıya uzandım. Həmin dəqiqə də yuxuya getdim
və səhər ayılıb onu yanımda görməyəndə qəti təəccüblən‐
mədim. Masanın üstünə məktub qoyub getmişdi: “Mən öz
gələcək yolumla getməliyəm”. İyirmi beş yaşına çatmaqdaydı,
başqa cür də hərəkət edə bilərdi. Ondan incimədim və mənə
elə gəldi ki, inciməmək hələ azdır. O dəqiqə oturub uzun bir
məktub yazdım. Səhər yeməyindən sonra birini də yazdım.
Beləliklə, hər gün ona məktub yazdım, hamısını da Bonna –
Fredeboylun ünvanına göndərdim. İntəhası heç birinə cavab
gəlmədi...

IX
Fredeboylun evində də telefona gec gəldilər. Dəstəkdəki
aramsız zəng səsindən əsəbiləşdim. Anladım ki, orada Frede‐
boyl yatır. Yəqin ki, telefonun səsinə oyandı, təzədən yuxuya
   211   212   213   214   215   216   217   218   219   220   221