Page 219 - heynrix
P. 219
İKİ ROMAN

– Hamısı burdadır... heç birini açmayıb... geri qaytarıb. BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
– Hansı ünvana göndərmişdiniz?
– Bilmirəm, ərim göndərmişdi. 219
– Geri qayıdan məktubların üstündəki ünvanlara baxma‐
mısınız?
– Məni istintaqa çəkmisiniz?
– Nə danışırsınız?! – mehribanlıqla dilləndim. – Xeyr,
xeyr! Sadəcə olaraq, fikirləşdim ki, məktublarımın taleyi ilə
maraqlanmağa haqqım var.
– Özümüzdən soruşmadan bizə göndərdiyiniz məktub‐
ların?
– Əziz Fredeboyl, – dedim, – xahiş edirəm, bir az mərhə‐
mətli olasınız.
Güclə eşidiləcək tərzdə güldü, ancaq cavab vermədi.
– Mənə elə gəlir ki, – dedim, – hansısa anda insanlar, ən
azı, ideoloji baxımdan mərhəmətli, qayğıkeş olmalıdırlar.
– Belə çıxır ki, indiyə qədər sizə qarşı mərhəmətli olma‐
mışam?!
– Elədir.
Yenə yavaşdan, güclə eşidiləcək bir tərzdə güldü.
– Bu hadisə məni çox kədərləndirdi, – handan‐hana
dilləndi. – Özgə heç nə deyə bilmərəm. Siz hamımızı pis və‐
ziyyətdə qoydunuz.
– Təlxək kimi?
– Həm də təlxək kimi. Ancaq təkcə buna görə yox...
– Deyəsən, əriniz evdə yoxdur?
– Elədir. İki‐üç günə qayıdar. Seçkiqabağı kampaniyalarda
iştirak etmək üçün Ayfelə gedib.
– Necə? – Bu, mənim üçün, doğrudan da, yenilik idi. –
Hər halda, XDİ‐ni təbliğ etmək üçün getmiş olmaz.1
– Niyə ki? – danışıq tərzi ilə açıqca bildirdi ki, söhbəti
davam etdirmək ürəyincə deyil.
– Yaxşı, – dedim, – elə isə, xahiş edirəm, əziyyət də olsa,
o məktubları geri göndərin.

1 XDİ – Almaniyada partiya: Xristian Demokratik İttifaqı
   214   215   216   217   218   219   220   221   222   223   224