Page 223 - heynrix
P. 223
İ ROMAN

mənə xoş təsir bağışlamağa çalışaydı. Pərt olduğu üçün ağlına BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
gələni danışan adama da oxşamırdı. Nəhayət, mənim də dilim
açıldı: 223

– Ova? Mən isə elə bilirdim, katolik ruhanilərinə ov et‐
mək yasaqdır.

Araya dözülməz bir sükut çökdü. Mariya qızardı, Kinkel
pərt halda otaqda vurnuxmağa başladı, şüşə ağzı açan
burğunu axtardı. Yenicə içəri girən arvadı zeytunla dolu
boşqaba duzlu badam tökdü. Zommervildin özü də qızardı.
Yanaqları qırmızı olduğundan bu, ona heç yaraşmadı.
Yavaşdan, bir az da incik tərzdə dedi:

– Özünüz protestant olsanız da, çox məlumatlısınız.
Cavabını verdim:
– Mən protestant deyiləm. Bəzi məsələlərlə də Mariyaya
görə maraqlanıram.
Kinkel şərab süzəndə Zommervild təzədən başladı:
– Bu dünyada qanunlar da var, istisnalar da, cənab Şnir.
Mən elə bir nəsildənəm ki, baş meşəbəyi sənəti bizə irsən
keçir.
Sadəcə olaraq, “meşəbəyi sənəti” desəydi, onu başa
düşərdim. Ancaq “baş meşəbəyi” dediyi üçün yenə əsəbiləş‐
dim. Lakin dinmədim, yalnız üz‐gözümü turşutmaqla kifa‐
yətləndim. Sonra onlar göz‐qaşla danışmağa başladılar. Kinkel
baxışları ilə Zommervildə dedi: “Baş qoşmayın, hələ çox
cavandır”. Zommervild göz‐qaşla cavab verdi: “Bəli, cavandır,
həm də çox tərbiyəsizdir”. Lap axırda mənə şərab süzən Kinke‐
lin gözləri də dilə gəldi: “İlahi, siz lap çağasız ki!” Sonra
Mariyaya tərəf dönüb ucadan dedi:
– Atanız necədir? Elə həminki qoca Derkumdur?
Yazıq Mariyanın rəngi saralmışdı, pərtlikdən dinə bilmədi,
yalnız başını tərpətdi. Zommervild dilləndi:

– Görəsən, bizim bu qocaman, mehriban, mömin
şəhərimiz cənab Derkumsuz neyləyərdi?!

Yenə əsəbiləşdim. Qoca Derkum mənə demişdi ki, Zom‐
mervild katolik məktəbində oxuyan uşaqlar arasında təbliğat
   218   219   220   221   222   223   224   225   226   227   228