Page 227 - heynrix
P. 227
İ ROMAN

– Ürəyimə salmaram? – yorğun‐yorğun dilləndim. – Axı BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
nəyi ürəyimə salmalıyam ki?
227
– Necə? Qəzeti oxumamısınız?
– Hansı qəzeti?
– “Bonnun səsi”ni.
– Tənqiddir?
– Daha çox nekroloqa oxşayır. Bəlkə, gətirim oxuyum?
– Yox, sağ ol, – dedim. Oğlanın səsində nəsə bir sadizm
vardı.
– Baxsaydınız, pis olmazdı. Nəticə çıxarardınız.
İlahi, bu oğlanın müəllimliyi də varmış!
– Kim yazıb? – soruşdum.
– Adı Kostertdir. Rur vilayətindəki müxbirimiz. Əntiqə
yazıb, ancaq başdan‐ayağa təhqirdir.
– Ola bilər. O da xristiandır.
– Siz xristian deyilsiniz?
– Yox, – dedim. – Belə çıxır ki, atanızla danışa bilmə‐
yəcəm?
– Tapşırıb ki, onu narahat etməyək. Ancaq sizin xatirinizə
narahat edərəm.
Ömrümdə ilk dəfə sadizmin xeyrini gördüm.
– Sağ olun, – dedim.
Dəstəyi masanın üstünə qoyub otaqdan çıxdı. Yenə də iç
otaqdan boğuşma səsi eşitdim. Elə bil ilan müharibəsi baş‐
lamışdı. İki erkək, bir dişi ilan... Görmək, eşitmək istəmədi‐
yim hadisələrin şahidi olanda həmişə əzab çəkirəm, telefonda
iyi duymaq kimi qeyri‐adi istedadım da, əslində, bədbəxt‐
liyimdir. Kinkellərin mənzilindən ət bulyonunun qoxusu gəlirdi,
sanki böyük bir öküzü kəsib bişirmişdilər. İç otaqdakı fışıltı
səsləri daha da şiddətləndi, elə bil oğul atanı və ya ana oğlunu
öldürmək istəyirdi. Laokoonu xatırladım, bu cür haray‐həşirin,
hətta hərdən qulağıma dəyən şapalaq səslərinin, ah‐ufların,
“alçağın biri, alçaq”, “əclaf, donuz” kimi söyüşlərin məhz
“alman katolisizminin boz kardinalı” hesab olunan bir adamın
evindən eşidilməsi qanımı xeyli qaraltdı. Boxumdakı Kostert
   222   223   224   225   226   227   228   229   230   231   232