Page 232 - heynrix
P. 232
HAYNRİX BÖLL

Özünüz də yaxşı bilirsiniz ki, onlar Bavariyanın, Tirolun
kilsələrindən çırpışdırılıb. Mən deməsəm də, bilirsiniz ki,
kilsəni talamaq bu gün də ən dəhşətli cinayət hesab olunur.

– Bura baxın, Şnir, indi də şəxsi təhqirə keçirsiniz? Sizdən
gözləməzdim.

– Neçə ildir ki, mənim şəxsi işlərimə qarışırsınız, dinmi‐
rəm. Ancaq mən sizə kiçicik bir irad tutanda, həqiqəti deyəndə
şəxsiyyətinizə toxunur, özünüzdən çıxırsınız. Eybi yox, pulum
olanda bir xəfiyyə tutaram, o da madonnaları haradan aldı‐
ğınızı eşələyib tapar.

Daha gülmür, yalnız hərdənbir öskürürdü. Hiss etdim ki,
mənim ciddi danışdığıma hələ də inanmır.

– Dəstəyi asın, Kinkel, – dedim, – asın! Yoxsa başlayaram
yaşamaq üçün nə qədər pul lazım olduğundan danışmağa...
Sizə də, vicdanınıza da şirin yuxu arzulayıram.

Ancaq yenə də heç nə anlamadı və dəstəyi ondan qabaq
özüm asası oldum.

232
X

Yaxşı bilirdim ki, Kinkel mənə qarşı son dərəcə mehriban
olub. Hətta indi pul da istəsəm, verərdi. Ancaq ağzında siqaret
metafizikadan danışması, madonnalardan söhbət düşən kimi
inciməsi məni əməlli‐başlı iyrəndirdi. Onunla üzülüşdüm. Elə
Fredeboylla da... Qoy rədd olsunlar! Fürsət düşər, Fredeboy‐
lun da dərsini verərəm. Ona qarşı “mənəvi silah”la mübarizə
aparmağın xeyri yoxdur. Hərdən yaman heyifsilənirəm ki, indi
kimisə duelə çağırmaq mümkün deyil. Tsüpfnerlə mənim
Mariya uğrundakı mübahisəmizi yalnız dueldə həll etmək
olardı. Ən dəhşətlisi də bu idi ki, həmin mübahisə “nizam‐in‐
tizam prinsipləri” ilə, “yazılı izahatlar”la, Hannofer mehman‐
xanasında günlərlə davam edən “gizli danışıqlar”la
aparılmışdı. Mariya ikinci dəfə uşaq salandan sonra o qədər
bədbinləşmiş, o qədər əsəbi olmuşdu ki, hər gün kilsəyə
qaçırdı, boş vaxtlarımda onunla teatra, kinoya, mühazirəyə
gedəndə də hirsli görünürdü.
   227   228   229   230   231   232   233   234   235   236   237