Page 231 - heynrix
P. 231
İ ROMAN
Bircə anlığa dinməyib, ağır‐ağır nəfəs aldı. BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
– Siz heyrətamiz dərəcədə cavansınız, adamın paxıllığı
tutur. 231
– Boşlayın, doktor! Nə heyrətlənin, nə də mənə qibtə
eləyin. Əgər Mariya qayıtmasa, sizin o cazibədar prelatınızı
öldürəcəm. Mütləq öldürəcəm, onsuz da, itirməli heç nəyim
qalmayıb.
Susdu və siqareti təzədən damağına qoydu.
– Bilirəm, – dedim, – indi vicdanınız əməlli‐başlı coşdu.
Əgər Tsüpfneri öldürsəydim, ürəyinizcə olardı. Çünki onun
sizdən xoşu gəlmir, “sağ”ların nümayəndəsidir. Zommervild
isə Romadakı möhkəm dayağınızdır. Zənnimcə, haqsız olaraq,
sizi orada qatı “sol”çu hesab edirlər.
– Boş‐boş danışmayın, Şnir. Axı məndən nə istəyirsiniz?
– Katoliklər mənim əsəblərimlə oynayırlar, – dedim, –
çünki düz adam deyillər.
– Bəs protestantlar? – gülə‐gülə soruşdu.
– Onların da vicdanla alver etməsinə dözə bilmirəm.
– Bəs ateistlər? – O, hələ də gülürdü.
– Onların yanında dayana bilmirəm, çünki həmişə Allah‐
dan danışırlar.
– Bəs siz özünüz kimsiniz?
– Təlxəyəm, – dedim. – Hazırda öz adından yüksəkdə
dayanan bir təlxək! Yer üzündə katolik dininə etiqad edən bir
məxluq var ki, o da mənə çox lazımdır. Mariya... Onu da
əlimdən almısınız.
– Boş söhbətdir, Şnir. Bu, “yolundan azdırmaq”, “əldən
almaq” kimi nəzəriyyələri də başınızdan biryolluq çıxarın. Biz
iyirminci əsrdə yaşayırıq.
– Tamamilə düzdür, – dedim, – əgər on üçüncü əsrdə
yaşasaydıq, mən gözəl bir saray təlxəyi olardım. Onda heç kar‐
dinallar da Mariya ilə evlənib‐evlənmədiyimlə maraqlan‐
mazdılar. Ancaq indi hər yoldan ötən katolik qızın vicdanı ilə
əylənir, əl boyda bir kağızdan ötrü onu əxlaqsızlığa, xəyanətə
sürükləyir. Başınızın üstündəki madonnalara görə də sizi on
üçüncü əsrdə kilsədən qovardılar, oralara yaxın buraxmazdılar.