Page 230 - heynrix
P. 230
HAYNRİX BÖLL
– Bəs rəsmi dövlət idarəsində, kilsədə ikiqat, üçqat
nikahlanan, ancaq iki bədəndə bir can olmayanlar necə? Onlar
da ər‐arvaddır?
– Hm...
– Qulaq asın, doktor, – dedim, – bəlkə, siqareti ağzınızdan
çıxarasınız? Yoxsa adama elə gəlir ki, səhm kağızlarının qiyməti
barədə danışırıq. Marçıltınız əsəblərimə toxunur.
– Necə? Necə? – desə də, siqareti çıxardı. – Unutmayın
ki, bu məsələyə necə baxmağınız şəxsi işinizdir. Çox güman ki,
frölayn Derkum bu barədə ayrı cür düşünür və öz vicdanının
hökmü ilə hərəkət edir. Mən də bircə onu deyə bilərəm ki, düz
eləyir.
– Elə isə, nə üçün siz iyrənc katoliklərdən heç biriniz onun
harada olduğunu demirsiniz? Mariyanı məndən gizlədirsiniz.
– Özünüzü gülünc vəziyyətə salmayın, Şnir! Biz indi orta
əsrlərdə yaşamırıq.
– Kaş elə orta əsrlərdə yaşayaydıq. Onda Mariya mənim
230 məşuqəm olardı, siz də onu vicdan adlı kəlbətinlə sıxmazdınız.
Ancaq bilirəm ki, qayıdacaq.
– Sizin yerinizə olsaydım, buna çox da inanmazdım, Şnir.
Bədbəxtlikdən, sizdə metafizik duyum qabiliyyəti çatışmır.
– Nə qədər ki Mariya mənim ruhumla yaşayırdı, hər şey
qaydasınca gedirdi. Elə ki siz ona öz ruhu ilə yaşamağı öyrət‐
diniz, vəziyyət dəyişdi. Belə çıxdı ki, məndə metafizik duyum
qabiliyyəti olmadığından Mariyanın ruhi dünyasından narahat
olmağa başlamışam. Əgər Tsüpfnerlə evlənibsə, deməli, böyük
bir günaha batıb. Sizin “metafizik duyum qabiliyyətiniz” də
deyir ki, onun bu hərəkəti əxlaqsızlıqdır, xəyanətdir, prelat
Zommervild də həmin işdə aradüzəldən rolunu oynayıb.
Yavaşdan da olsa, gülə bildi:
– Heribertin, necə deyərlər, alman katolisizminin dün‐
yəvi, prelat Zommervildinsə, necə deyərlər, mənəvi atası
olduğunu fikirləşəndə adamı gülmək tutur.
– Sizsə alman katolisizminin vicdanısınız, – deyə əsəbi‐
ləşdim. – Özünüz də bilirsiniz ki, mən haqlıyam.