Page 235 - heynrix
P. 235
İ ROMAN

qəlbinin yorulmaz axtarışları” qoyurlar. Hətta Mariya da buna BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
inanırdı. Heyif ki, həyatda buna bənzər hallar var, ancaq adı
başqa cür olmalı idi. Təlxəyə aldadıcı sakitlik, başqalarının 235
“asudə vaxt” adlandırdığı saatlar lazımdır. Ancaq “bu
başqaları” anlamır ki, təlxək yalnız öz vəzifəsini unudandan
sonra özünü “asudə vaxt”la aldada bilər. Ona görə anlamırlar
ki, yalnız asudə vaxtlarında sənətkarlıqla məşğul olurlar, bu isə
çox çətindir. Sənətdən başqa heç nə barədə düşünməyən
“yaradıcı adamlar”ın vəziyyəti lap çətindir. Onlara “asudə
vaxt” lazım deyil, çünki heç yerdə işləmirlər. Kimsə “yaradıcı
adam”ı sənətkar adlandıranda dəhşətli anlaşılmazlıqlar orta‐
ya çıxır. “Yaradıcı adamlar” o vaxt sənətdən danışmağa
başlayırlar ki, əsl sənətkar həmin anda özünə “asudə vaxt”
arzulayır. Belələri əksər hallarda vəziyyəti çox dəqiq
qiymətləndirir. Əsl sənətkarın sənəti unutduğu iki‐üç, hətta
beş dəqiqə ərzində Van Qoqdan, Kafkadan, Çaplindən,
Bekettidən danışmağa başlayırlar. Belə anlarda mən özümü
öldürüb, canımı qurtarmaq istəyirəm. Hər şeyi unudub, yalnız
Mariya ilə gördüyüm “iş”, pivə, payız fəslində yerə tökülən
yarpaqlar, kart və başqa mənasız şeylər haqqında düşünəndə,
bəlkə də, xəyala dalanda Fredeboyl, Zommervild kimisinin biri
incəsənətdən danışmağa başlayır. Məhz Karl Emonds kimi
adicə meşşan olmağa çox güclü bir daxili ehtiyac hiss etdiyim
anda ya Fredeboyl, ya da Zommervild Klaudidən, İoneskodan
söz açır. Bu xasiyyət bir az Mariyada da var. Əvvəllər lap az idi,
lakin son vaxtlar çoxalmışdı. Gitarada çalıb‐oxuyacağımı
deyəndə bunu aydınca hiss elədim. Özünün təbirilə desəm,
“estetik dünya”sı təhqir olundu. Sənətkar olmayan adamın
“asudə vaxt”ı təlxək üçün iş vaxtıdır. Yüksək maaş alan
menecerdən tutmuş adicə fəhləyə qədər hamı “asudə vaxt”ın
qədrini yaxşı bilir. Fərqi yoxdur, kimi onda pivə içir, kimi
Alyaskada ayı ovlayır, kimi mark yığır, kimi də impres‐
sionistlərin, ekspressionistlərin əsərlərindən kolleksiya
toplayır (bircə şey aydındır ki, sənət əsərlərindən kolleksiya
toplayan adamın özü sənətkar deyil). Belələrinin həmin anda
   230   231   232   233   234   235   236   237   238   239   240