Page 240 - heynrix
P. 240
HAYNRİX BÖLL

– Bəli, bəli, isteriya çıxarır... Düz deyirsiniz... Ciddi cəza
verin...

Qeyri‐adi “heçliyin” yaratdığı duyğulara bənzər hisləri
hərdən mən üç‐dörd saat davam eləyən riç‐raç oyunu zamanı
özüm də keçirirəm. Bu vaxt həzin xışıltıdan, zərlərin
şıqqıltısından, hədəfə düşən fiqurun tıqqıltısından başqa heç
nə eşitmirdim. Hətta şahmata daha çox meyil edən Mariyanı
da riç‐raç xəstəsi eləmişdim. Bu oyun bizim üçün tiryəkə
dönmüşdü. Bəzən dalbadal beş‐altı saat oynayırdıq, həmin
vaxt bizə çay, qəhvə gətirən qulluqçuların üzlərində qorxu
qarışıq qəzəb ifadəsi düyünlənirdi. Henriettenin tutması tu‐
tanda həmin ifadə anamın da üzünə çökürdü. Bəzən də
Mariyanın yanından qayıdarkən avtobusda camaatdan
eşitdiyim sözləri deyirdilər: “İnanılası şey deyil!” Bir az
keçəndən sonra Mariya xallarımızı yazmaq üçün mürəkkəb bir
sistem kəşf elədi. Sənin fiqurunun və ya özünün harada
vurulduğundan asılı olaraq xal toplayırdıq. Beləliklə, maraqlı
240 bir cədvəl düzəldirdi və özünün dediyi kimi, “aktiv, passiv
xalları bir‐birindən aydın seçmək üçün” ona dördrəngli qələm
də aldım. Qatarla uzun yol gedəndə də oynayırdıq. Ciddi
sərnişinlər mat qalırdılar. Qəfildən hiss edirdim ki, Mariya
daha istəmir, ancaq mənə xoş gəlmək, məni sakitləşdirmək,
“sənət dünyam”dakı gərginliyi azaltmaq xatirinə oynayır.
Mənimlə oynasa da, fikri başqa yerdə olurdu. Bu da bir neçə
ay qabaq – beş gün boş olmağıma baxmayaraq, Bonna getmək
istəmədiyim gündən başlamışdı. Bəli, Bonna getmək
istəmirdim. Oradakı cəmiyyətdən, Leoya rast gəlməkdən qor‐
xurdum. Mariya isə yenə də “katolik havası” ilə nəfəs almaq
eşqinə düşmüşdü. Bonn cəmiyyətində keçirdiyimiz ilk axşam‐
dan sonra evə necə yorğun, necə məyus qayıtdığımızı,
iyrəndiyimizi, vaqonda mənə macal vermədən “əzizim...
əzizim...” deməsini, axırda da başını çiynimə söykəyib
yatmasını, bələdçilər bayırda stansiyaların adını ucadan
dedikdə diksinib ayıldığını ona xatırlatdım. Hə, bələdçilər hər
dəfə: “Zexbem, Yalber, Brül, Kalşoyren”, – deyə qışqırdıqca
   235   236   237   238   239   240   241   242   243   244   245