Page 242 - heynrix
P. 242
HAYNRİX BÖLL

vurub Mariyanın beyninə nə qədər nizam‐intizam prinsipini
yeritdiyini, əvəzindəsə Tsüpfnerdən nə qoparacağını soruşmaq
üçün axşam saat səkkiz çox tez idi. Görəsən, on üçüncü əsrdən
qalmış abbat xaçı alıb, yoxsa on dördüncü əsrdə Orta Reyn
vilayətində düzəldilmiş madonnanı?! Onu necə öldürəcəyim
barədə də düşündüm. Quru estetizm ilə məşğul olanları, yəqin
ki, qiymətli incəsənət əşyaları ilə qətlə yetirmək daha yaxşı
olar; son nəfəslərində də incəsənət əsərlərinin korlanması
onları yandırıb‐yaxar. Madonna büstü o qədər də qiymətli əsər
deyil, həm də çox möhkəmdir, onunla öldürüləndə təsəlli
tapar ki, büstə xətər toxunmadı. Yaxud rəsm əsəri. Uzaqbaşı,
onu çərçivə öldürər və təsəlli tapar ki, şəklin özü salamat qaldı.
Yaxşısı budur, qiymətli bir şəklin üzünü qaşıyıb, onu boş qalmış
kətanla nəfəsi kəsilənəcən boğum. Düzdür, çox dəhşətli
ölümdür, ancaq estetika ilə məşğul olanlar üçün bundan
yaxşısını fikirləşmək olmur. Əlbəttə, Zommervild kimi sağlam
cüssəli bir adamı o dünyaya göndərmək çox da asan olmaya‐
242 caq. Çünki ucaboydur, qamətlidir, “ləyaqət sahibi”dir, saçları
ağarıb, “xeyirxah”dır, alpinistdir, özü də iki dünya mühari‐
bəsinin iştirakçısı olması, idman yarışlarında gümüş medal
alması ilə fəxr edir. Çox güclü, təcrübəli rəqibdir. Gərək metal‐
dan, tuncdan, qızıldan, yaxud mərmərdən hazırlanmış
qiymətli bir incəsənət əsəri tapam, ya da Romaya gedib,
Vatikan muzeyindən nəsə çırpışdıram.

Vanna su ilə dolana qədər Blothert adlı bir nəfəri də
xatırladım. Cəmi ikicə dəfə gördüyüm bu adam cəmiyyətin
sanballı üzvlərindən sayılırdı. Necə deyərlər, Kinkelin “sağ
təmayüllü rəqib”i idi. O da Kinkel kimi siyasətlə məşğul olurdu,
amma çox “şübhəli əlaqələr”i vardı, özü də “başqa dairə”nin
adamı idi. Fredeboyl Kinkel üçün nə demək idisə, Tsüpfner də
Blothert üçün o deməkdi; yəni, bir növ, köməkçi qismində
“mənəvi varis”i idi. Ancaq indi Blothertə zəng vurmaq,
arasında oturduğum dörd divardan kömək ummaq kimi
mənasız iş idi. Onda yalnız Kinkelin barokko üslubundakı
madonnalarını görəndə həyat əlaməti sezilirdi. Onları çox
   237   238   239   240   241   242   243   244   245   246   247