Page 245 - heynrix
P. 245
İ ROMAN

eyni uğurla sanatoriya direktoru da, konsert zalının inzibatçısı BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
da, hər hansı ayaqqabı fabrikinin reklam şöbəsinin müdiri də,
şıq estrada müğənnisi də, hətta “zövq”lə hazırlanan moda 245
jurnalının redaktoru da ola bilər. Hər şənbə günü Müqəddəs
Korbişan kilsəsində vaizlik edir. Mariya iki dəfə məni də dartıb
ora aparmışdı. Mərasim o qədər xoşagəlməz idi ki, Zom‐
mervildin rəhbərləri onu görsə, belə şeyə bir də icazə
verməzdilər. Mənə elə gəlir ki, hərəsindən bir‐iki misra
götürüb şərbətə oxşayan bir şey düzəltməkdənsə, Rilke, Hof‐
manstal, Nüman kimi şairləri ayrı‐ayrılıqda oxumaq daha
yaxşıdır. Zommervild dua etməyə başlayanda məni tər basdı.
Vegetativ əsəb sistemim bəzi süniliklərə heç dözə bilmir.
Məsələn, “mövcud olanlar qalsın, uçanlarsa uçub getsin...”
kimi sözləri eşidəndə qorxuram. Zənnimcə, hər hansı kök, aciz,
dediklərini heç də “kitaba düşəsi sözlər” hesab eləməyən bir
keşişin minbərə qalxıb camaata bu dinin dərkolunmaz
həqiqətləri barədə danışması daha yaxşı olardı. Zommervildin
vaiz kimi xoşuma gəlməməsi Mariyanı əməlli‐başlı kədər‐
ləndirdi. İbadətdən sonra Korbişan kilsəsi yaxınlığındakı kafedə
keçirdiyimiz anlar əsl əzaba çevrildi. Kafe ibadətdən qayıdan
sənətsevərlərlə dolu idi. Sonra Zommervildin özü gəldi, hamı
onun başına yığışdı. Biz də onlara qoşulduq. Bayaq minbərdən
camaatın başına səpələnən şit sözlər iki dəfə, üç dəfə, hətta
dörd dəfə çeynəndi. Gənc, şəkil kimi gözəl, qızılı saçları olan
mələksifətli bir aktrisa – Mariya qulağıma pıçıldadı ki, onun
dörddən üç hissəsi katolikləşib – az qalırdı, Zommervildin
ayaqlarını öpsün. Mənə elə gəldi ki, Zommervildin özü də
buna etiraz etməzdi.

Suyu bağlayıb, pencəyimi çıxardım, köynəkləri bir‐bir
çıxarıb küncə tulladım, yenicə vannaya girmək istəyirdim ki,
telefon zəng çaldı. Tək bircə adam tanıyıram ki, onun zəngi
belə cingiltili, belə uzun ola bilər – agentim Tsonerer... Dəstəyi
ağzına o qədər yaxın tutur, o qədər zəhlətökənlik edirdi ki, az
qala, hər dəfə seliyinin üz‐gözümə sıçrayacağından qorxmağa
başlayırdım. Gətirdiyi xəbər xoş olanda söhbətə belə baş‐
   240   241   242   243   244   245   246   247   248   249   250