Page 247 - heynrix
P. 247
İ ROMAN

– Lənət şeytana, Şnir, – dedi, – adamı da bu qədər BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
gözlətmək olar?!
247
– İstəyirdim, bir balaca yuyunam, – cavab verdim. –
Məgər bu da müqaviləni pozmaq hesab olunur?

– İndiki yumorunuz dar ağacına gedən adamın yumoruna
bənzədi.

– Bəs kəndir? Hazırdır?
– Gəlin rəmzlərlə danışmağı buraxaq, keçək əsas
məsələyə.
– Rəmzlərlə danışmağa mən başlamadım.
– Fərqi yoxdur, kim başladı. Deyəsən, qərarınız qətidir:
sənətkar kimi intihar edirsiniz.
– Möhtərəm cənab Tsonerer, – yavaşdan dilləndim. –
Mümkünsə, dəstəyi bir az aralı tutun, ağzınızdan gələn pivə
iyi üzümə vurur.
Alverçilərə xas olan jarqonda söyüş söydü, sonra güldü:
– Həyasızlıqdan əl çəkmirsiniz. Nə barədə danışırdıq?
– İncəsənət barədə. Ancaq, mümkünsə, alverdən
danışaq.
– Elə olan halda, bizim danışmağa sözümüz qalmazdı.
Bura baxın, sizinlə əlaqəni kəsmək istəmirəm. Məni başa
düşürsünüz?
Heyrətdən cavab verə bilmədim.
– Sizi yarımilliyə dövriyyədən çıxarıram. Sonra yenə
dirildərəm. İnanıram ki, Boxumlu qoduq sizi çox incitməyib.
– Əksinə, – dedim, – mənə kələk gəldi, bir şüşə arağımı
vermədi. Sonra da birinci dərəcə əvəzinə, ikincidərəcəli vaqo‐
nun bilet pulunu verdi.
– Qonorarınızın kəsilməsi ilə razılaşanda sarsaqlıq
eləmisiniz. Müqaviləni pozmaq olmaz. Axı tamaşadan
yarımçıq çıxmağınızın səbəbi bədbəxt hadisə olub.
– Tsonerer, – astadan dedim, – doğrudan da, bu qədər
insanpərvərsiniz, yoxsa...
– Boş‐boş danışmayın, sizdən xoşum gəlir. Əgər bunu
indiyəcən duymamısınızsa, deməli, mən fikirləşdiyimdən də
   242   243   244   245   246   247   248   249   250   251   252