Page 252 - heynrix
P. 252
HAYNRİX BÖLL

qızartı çökdü və dedi ki, bu dostluğu “bir çox oxşarlıqlar”
yaradıb. Məsələn, hər ikisinin atasının nasistlər tərəfindən
təqib olunması, katolik dininə mənsub olmaları... Sonra da
əlavə etdi:

– Bir də ədası... Özün bilirsən... O hələ də xoşuma gəlir.
Soyumuş suyun yarısını axıtdım, təzədən isti su əlavə
edib, məhlul tökdüm. Bu məhlulu hazırlayan zavodun şəriki
olan atamı xatırladım. Özümə siqaret də, sabun da, adicə kağız
da, şokoladlı dondurma da, sosis də alanda bilirəm ki, atam
hamısının şərikidir. Hətta mənə elə gəlir ki, dişlərimi yumaq
üçün fırçanın üstünə sıxdığım iki santimetr yarımlıq məcunda
da onun payı var. Bununla belə, evimizdə pul haqqında
danışmaq olmazdı. Hətta Anna anama xərclədiyi pullar barədə
məlumat vermək, haqq‐hesab kağızlarını göstərmək istəyəndə
o, həmişə deyərdi:
– İndi də puldan danışaq? Dəhşətə bax!
Bizə çox cüzi cibxərcliyi verərdilər. Xoşbəxtlikdən,
252 qohumlarımız çox idi, bir yerə yığışanda əmi‐dayıların, xala‐
bibilərin sayı əlliyə‐altmışa çatırdı. Bəziləri çox mehriban idi,
hərdən cibimizə qəpikdən‐quruşdan qoyurdular, çünki anamın
“qənaətcilliyi” onların arasında atalar məsəlinə çevrilmişdi.
Bundan əlavə, anam kübar nəsildən – fon Hoyenbrodellərin
soyundan idi, atam bu gün də onu mərhəmət göstərib
kürəkənliyə qəbul edən adamlara minnətdar idi. Halbuki
qayınatasının soyadı adicə Tüler idi, ancaq qayınanası, doğru‐
dan da, fon Hoyenbrodellərin nəslindəndi. Almanlar indi 1910‐
cu ildəkinə nisbətən zadəganlığa, əsil‐nəcabətə daha çox meyil
edirdilər. Hətta ziyalı hesab olunan bir para adam da kübar‐
larla tanış olmaq, onlarla oturub‐durmaq üçün dəridən‐
qabıqdan çıxır. Anamın prezidentlik etdiyi Mərkəzi Komitənin
diqqətini mütləq buna cəlb etmək lazımdır. Axı bu da irqi
məsələdir. Hətta babam kimi ağıllı adam da heç cür unuda
bilmir ki, Şnirlər ailəsinə 1918‐ci ilin yayında zadəganlıq
verilməli idi, necə deyərlər, “bütün sənədlər hazırlanmışdı”,
ancaq son anda hansı dekretəsə qol çəkməli olan imperator
   247   248   249   250   251   252   253   254   255   256   257