Page 250 - heynrix
P. 250
HAYNRİX BÖLL
Doğrudan da, dəstəyi qoydu. Mənsə hələ dayanıb kəsik
zəng səslərinə qulaq asdım, xeyli gözlədim, uzun tərəddüddən
sonra dəstəyi asdım. O, mənə bir neçə dəfə kələk gəlsə də,
heç vaxt aldatmamışdı. Hələ o vaxtlar hər çıxışın qiyməti,
haradasa, iki yüz əlli mark olan zamanlarda mənimlə yüz
səksənə müqavilə bağlayır, çox güman ki, yaxşı da qazanırdı.
Yalnız dəstəyi asandan sonra hiss etdim ki, Tsonerer bu axşam
telefonda həvəslə söhbət etdiyim yeganə adam oldu. Yarım il
gözlətməkdənsə, hər halda, mənim üçün nəsə tapsa, yaxşı
olardı. Bəlkə, hansısa sirk truppası mənim kimi bir adam
axtarırdı. Axı çox kök deyildim, yuxarılara qalxanda da başım
hərlənmirdi. Bir az məşq eləsəm, bəzi akrobatik hərəkətləri
yerinə yetirə bilərəm, ya da başqa təlxəklə məzhəkə
çıxararam. Mariya həmişə deyirdi ki, mənə "tərəf‐müqabili"
lazımdır, onda göstərdiyim nömrələr belə cansıxıcı olmaz.
Məlum məsələ idi ki, Tsonerer bütün imkanları götür‐qoy
etməmişdi. Qərara aldım ki, sonra özüm ona zəng vurum.
250 Təzədən hamama qayıdıb, xalatı çıxardım, o biri paltarlara
qatıb küncə itələdim, sonra vannaya girdim. İsti suda uzanmaq
da yatmaq kimi ləzzətlidir. Həmişə səfərdə olanda pulumuzun
azlığına baxmayaraq, hamamlı otaq tuturduq. Mariya deyirdi
ki, mənim bu mərəzim ailədən gəlmədir. Ancaq elə deyil.
Evimizdə, hər şeyə olduğu kimi, isti suya da simiclik edirdilər.
Hətta bəzi işlərə göz yuman Anna da bu məsələdə güzəştə get‐
mirdi. Çox güman ki, onun “Doqquzuncu piyada alayı”nda isti
su ilə dolu vannada uzanmaq ən böyük günah hesab
olunurmuş.
Vannada uzananda da Mariyanın yoxluğunu hiss etdim.
Bəzən mən vannaya girəndə o da çarpayısına uzanıb ucadan
kitab oxuyardı. Bir dəfə “Əhdi‐Ətiq”dən “Süleyman padşahla
arvadı Səbanın hekayəti”ni başdan‐ayağa, bir dəfə də
“Məkkəlilərin döyüş səhnəsi”ni oxudu. Hərdən Tomas Vulfun
“Ey məlakə, öz doğma yurduna bax” romanından parçalar
oxuyardı. Ancaq indi pas rəngli bu səfeh vannada tək‐tənha
uzanıb qalmışdım. Hamamın divarlarına qara kaşı düzülsə də,