Page 249 - heynrix
P. 249
İ ROMAN

– Boş şeydir. Sizin oxumağınız ulamaq, janqlyorluğunuz BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
isə xalis diletantlıq olacaq. Bunlar boş şeydir. Ancaq yaxşı
təlxək ola bilərsiniz. Bəlkə də, çox yaxşı... Ən azı, üç ay, gündə 249
də səkkiz saat məşq eləyəndən sonra zəng vurun, gəlib təzə
nömrələrinizə baxaram. Lap köhnələr də olar... Ancaq məşq
eləyin, lənətə gəlmiş içkini də buraxın.

Dinmədim. Necə ləhlədiyi, siqareti necə sümürdüyü
aydınca eşidilirdi.

– Özünüzə yenə vəfalı bir sirdaş tapın, – dedi. – İndiyəcən
sizinlə hər yerə gedən qız kimi olsun.

– Hə, vəfalı sirdaş... – dedim.
– Elədir. Qalanı boş şeydir. Mənsiz keçinə biləcəyinizi heç
ağlınıza da gətirməyin. Siz yalnız miskin cəmiyyətlərdə
dilənçilik eləyə bilərsiniz. Bu da üçcə həftə çəkər, Şnir.
Uzaqbaşı, yanğınsöndürənlərin yubiley tədbirində fokus
göstərərsiniz, sonra da papağınızı əlinizə alıb sədəqə yığarsınız.
Əgər qulağıma bu cür sözlər çatsa, bütün qapılar üzünüzə
bağlanacaq.
– Heyvan! – dedim.
– Elədir, – cavab verdi, – ancaq məndən yaxşı heyvan
tapa bilməyəcəksiniz. Əgər özünüzə güvənib dilənçilik elə‐
məyə başlasanız, ən geci iki aydan sonra o dünyalıq olacaq‐
sınız. Bu işə yaxşı bələdəm. Eşidirsiniz?
Mən susdum.
– Eşidirsiniz? – o, bir də astadan soruşdu.
– Bəli, – dedim.
– Sizdən xoşum gəlir, Şnir. Sizinlə işləmək mənə ləzzət
verirdi, yoxsa telefonla danışmağa bu qədər pul verməzdim.
– Yeddi dəqiqədən çox danışdıq, – dedim. – Bu ləzzət sizə
təxminən iki mark yarıma başa gələcək.
– Elədir, bəlkə də, üç mark olacaq. Ancaq indiki vəziy‐
yətinizdə heç bir agent sizin üçün bu qədər pul xərcləməzdi.
Deməli, belə danışdıq: üç aydan sonra görüşürük. Özünüz də,
ən azı, altı sanballı nömrə hazırlayırsınız. Bacarın qocadan bir
az çox pul qoparın. Hələlik.
   244   245   246   247   248   249   250   251   252   253   254