Page 244 - heynrix
P. 244
HAYNRİX BÖLL

Mariyanı çox sevirdim, ola bilsin ki, onun boyskautlara xas bir
ötkəmliklə: “Mən hansı yolla getməliyəmsə, həmin yolla da
gedəcəyəm”, – deməsini də vəhşi heyvanlara yem olmaq üçün
onların pəncəsi altına atılan qədim xristian qızının vida sözləri
kimi başa düşmək lazımdır.

Sonra Monika Zilves haqqında da fikirləşdim və anladım
ki, nə vaxtsa onun mərhəmətindən istifadə etməli olacağam.
Monika çox qəşəng, çox mehriban idi və mənə elə gəldi ki, o,
“katolik cəmiyyəti”nə Mariyadan az yaramır. İstər mətbəxdə
eşələnəndə – hərdən yaxma çəkməkdə ona kömək edirdim –
istər gülümsəyəndə, istər rəqs edəndə, istərsə də şəkil
çəkəndə öz təbiiliyini itirmirdi. Hətta çəkdiyi şəkillər xoşuma
gəlməyəndə də. Ancaq Zommervild öz “yüksək idealları” ilə
beynini o qədər yeyib ki, az qala, madonnadan başqa heç nə
çəkmirdi. Çalışacağam ki, onu bu yoldan çəkindirim. Axı bəzən
elə olur ki, adam nə qədər yaxşı çəksə də, çəkdiyi mövzuya
inansa da, şəkil yaxşı alınmır. Əslində, madonnaların şəklini
244 çəkməyi uşaqlara, bir də özlərini rəssam hesab eləməyən din‐
dar monaxlara həvalə etsəydilər, daha yaxşı olardı. Fikirləşdim
ki, görəsən, madonna çəkməyi Monikanın beynindən çıxara
biləcəyəm, ya yox... O hələ çox cavandır, vur‐tut 22–23 yaşı
olsa da, diletant deyil. Şübhəsiz ki, bakirədir. Ancaq məni qor‐
xudan da elə bu faktın özüdür. Ağlıma dəhşətli bir fikir gəldi:
bəlkə, bu, katoliklərin növbəti qurğusudur. İstəyirlər, onlar
üçün Ziqfridin rolunu oynayım?! Monika bir neçə il mənimlə
yaşayacaq, əvvəl mehriban davranacaq, sonra isə “nizam‐in‐
tizam prinsipləri” öz təsirini göstərməyə başlayacaq, axırda da
Bonna qayıdacaq, fon Zevrnlə evlənəcək... Bu fikir ağlıma
gələn kimi qızardım və tez onu başımdan qovdum. Monika
yaxşı qız olduğu üçün onu belə məkrli düşüncələrin “qəh‐
rəman”ına çevirmək istəmədim. Əgər bu sevda baş tutsaydı,
gərək onu əvvəlcə Zommervilddən – zahirən atama oxşayan
o saray pəhləvanından ayıraydım. Ancaq atamın ən böyük
iddiası güc‐bəla ilə humanist təbiətli bir istismarçı olmaqdır
və bununla da kifayətlənmir. Mənə elə gəlir ki, Zommervild
   239   240   241   242   243   244   245   246   247   248   249