Page 241 - heynrix
P. 241
İKİ ROMAN BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
səksənib dik atılır, sonra yenə başını çiynimə söykəyib yuxuya
gedirdi. Kölnün “Qərb” vağzalında düşəndə dedi:
– Kinoya getmək bundan yaxşı olardı.
“Katolik havası”ndan ötrü darıxdığını deyəndə bütün
bunları ona xatırlatdım, kinoya, rəqsə getməyi, ya da riç‐raç
oynamağı təklif etdim. Ancaq başını buladı, Bonna tək getdi.
Mənsə “katolik havası”nın nə demək olduğunu hələ də
anlamırdım. Axı biz onda Osnabrük şəhərində idik, oranın
havası da “katolik havası”ndan çox fərqlənməli deyildi.
XI 241
Hamama keçib Monika Zilvesin ora qoyduğu məhluldan
vannaya səpdim, isti suyu açdım. Çimmək yatmaq kimi, öz
növbəsində, yatmaq da həmin “iş”i görmək kimi ləzzətli idi.
Mariya özü belə deyirdi, mən də həmişə o barədə
düşünürdüm. Heç cür təsəvvür edə bilmirdim ki, indi həmin
“iş”i Tsüpfnerlə görəcək. Axı indiyəcən Mariyanın alt paltar‐
larına baxmaq, onlara əl vurmaq ürəyimdən keçmədiyi kimi,
belə şeyi təsəvvür etmək də imkanım xaricində idi. Yalnız onu
təsəvvür edə bilirdim ki, indi Tsüpfnerlə riç‐raç oynayır və
ağlım başımdan çıxırdı. Axı necə ola bilərdi ki, mənimlə
gördüyü işləri Tsüpfnerlə görsün, heç birini də xəyanətkarlıq,
pozğunluq hesab eləməsin?! Yox, Tsüpfner üçün heç yaxma
da çəkə bilməzdi. İndi onun siqaretini külqabıdan götürüb
çəkdiyini təsəvvür edəndə dəli olurdum və Tsüpfnerin papiros
çəkməməsi, çox güman ki, şahmat oynamaları fikri də mənə
təsəlli verə bilmirdi. Axı nə iləsə məşğul olmalıydılar: ya rəqs
etməli, ya kart oynamalı, ya bir‐birinə nəsə ucadan oxumalı,
ya da hava haqqında, pul barədə söhbət etməli idilər. Məni
düşünmədən Tsüpfner üçün yalnız xörək hazırlaya bilərdi və
bunu xəyanət, yaxud pozğunluq saymamaq olardı, çünki bu
işi mənim üçün nadir hallarda görürdü.
Yaxşı olardı ki, Zommervildə zəng vurum. Ancaq hələ tez
idi. Qərara almışdım ki, onu gecə saat üçün yarısında oyadıb
incəsənət haqqında faydalı söhbətə başlayım. Yox, ona zəng