Page 237 - heynrix
P. 237
İ ROMAN
Gördüyüm iş mənə ləzzət verməyəndə xəstələnirəm. Hərdən BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
beynimə düşür ki, janqlyorluq da eləyim, mahnı da oxuyum.
Amma bunların hamısı gündəlik məşqlərdən canımı qurtar‐ 237
maq üçündür. Hər gün, ən azı, dörd, altı saat məşq eləmək
lazımdır. Çox olsa, daha yaxşıdır. Son altı gündə heç buna da
fikir verməmişəm, gündə bir neçə dəfə başım üzərində dayan‐
maqla, əllərim üstündə yeriməklə, mayallaq aşmaqla, həmişə
yanımda gəzdirdiyim rezin kürəciklə gimnastika etməklə
kifayətlənmişdim. İndi divanda rahatca uzanıb siqaret çəkə‐
çəkə öz halıma yanmaq üçün yaralanmış dizim çox yaxşı
bəhanə idi. “Nazirin çıxışı” adlı son pantomim nömrəm yaxşı
çıxmışdı. Ancaq, heyif ki, yenə də karikaturaçılıq səviyyəsindən
yuxarı qalxa bilmədim, lirik səpkidə oynamaq arzularım boşa
çıxdı. Hələ indiyəcən əcaib oyunlar çıxarmadan əsl insan xarak‐
teri yarada bilməmişəm. “Rəqs edənlər”, “Məktəbə getmək
və evə qayıtmaq” adlı nömrələrimdə, ən azı, artistizm vardı,
ona görə də cansıxıcı deyildi. Sonra bir kişinin həyatını təsvir
etməyə çalışanda yenə karikaturizmə yuvarlandım. Mariya
mənim gitarada çalıb‐oxumaq həvəsimi “fərarilik” adlan‐
dırmaqda haqlı idi. Gündəlik həyatdakı mənasızlıqları təsvir
etmək məndə çox yaxşı alınırdı; əvvəlcə müşahidə edir, sonra
hamısını bir yerə toplayır, saf‐çürük edir və köklərini axtarıb
tapıram. Ancaq burada saf‐çürük edərkən əsas götürdüyüm
göstəricilərdən deyil, başqalarından istifadə edirəm. Məsələn,
böyük vağzalların hamısına gündə minlərlə adam gəlir. Bunlar
şəhərdə işləyənlərdir. Minlərlə adam da şəhərdən gedir. Onlar
da kənarda işləyənlərdir. Bəs nə üçün bu adamlar iş yerlərini
dəyişmirlər? Şəhərdəkilər şəhərdə, kənardakılar da kənarda
işləmir? Və yaxud gediş‐gəlişin gur vaxtında maşınlar bir‐birinə
sürtünə‐sürtünə keçirlər. İş yerlərini, mənzilləri dəyişməklə
küçələrdəki yanmış qaz iyinə, polislərin tər tökə‐tökə əl‐qol
oynatmalarına son qoymaq olar. Onda yolların kəsişdiyi yerdə
elə sakitlik yaranar ki, polislər arxayınca oturub kart da oyna‐
yarlar. Bu müşahidədən bir pantomim düzəltmişəm. Yalnız
əllərim və ayaqlarım işləyirdi. Sifətimsə dümağ ağarır, ifadəsiz