Page 233 - heynrix
P. 233
İ ROMAN
Əvvəlki kimi çay içə‐içə kart oynamağı, uzanıb kitab BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
oxumağı təklif edəndə daha da əsəbiləşirdi. Əslində, hər şey
onda başladı ki, son günlər özünü mehriban göstərmək, 233
xətrimə dəyməmək, bununla da, məni sakitləşdirmək naminə
kart oynadığını hiss etdim. Artıq mənimlə ən çox xoşladığım
filmlərə – on altı yaşınacan olan uşaqların da buraxıldığı
filmlərə baxmağa getmirdi.
Mənə elə gəlir ki, yer üzündə təlxəyi başa düşən adam
tapılmaz. Heç təlxəyin özü də hamını başa düşmür, çünki or‐
tada həmişə nəsə bir paxıllıq, bədxahlıq olur. Mariya məni
başa düşməyə yaxın idi, ancaq tam başa düşə bilmədi. Həmişə
deyirdi ki, mən “yaradıcı şəxsiyyət” kimi mədəni inkişafa
“çılğın maraq” göstərməliyəm. Ancaq səhv edirdi. Əlbəttə,
axşamlar boş olanda eşitsəydim ki, haradasa Bekketin əsəri
oynanılır, taksi tutub gedərdim. Hərdən kinoya da baxıram.
Adlarını saya bilsəm, demək olar ki, çoxuna baxmışam. Özü də
yalnız on altı yaşınacan olan uşaqların buraxıldığı filmlərə.
Mariya bunu heç vaxt başa düşə bilmədi, çünki onun katolik
tərbiyəsinin əsas hissəsi psixoloji informasiyalardan, mistik
don geydirilmiş rasionalizmdən ibarət idi və “oğlanları çoxlu
futbol oynat ki, qızlar barəsində düşünə bilməsinlər” adlı
ideyanın çərçivəsindən kənara çıxa bilmirdi. Ancaq o vaxtlar
mən həmişə qızlar barədə düşünmüşdüm. Sonralar da yalnız
Mariya barədə düşünməyə başladım. Hərdən özümə də elə
gəlirdi ki, iblisəm. Uşaq filmlərinə də ona görə həvəslə baxıram
ki, orada böyüklərin mənasız hərəkətlərindən doğan xəyanət,
ayrılıq olmur. Bu xəyanətlərdə, boşanmalarda həmişə kiminsə
səadəti əsas rol oynayır. “Mənə səadət bəxş elə, əzizim...” və
ya “Məgər mənim səadətimi əlimdən almaq istəyirsən?..” Bir,
iki, bəlkə də, üç saniyə çəkən xoşbəxtliyin necə olduğunu
təsəvvür edə bilmirəm. Əsl fahişələr haqqında çəkilmiş
filmlərə məmnuniyyətlə tamaşa edirəm. Ancaq, heyif ki,
belələri çox azdır. Əksəriyyəti də o qədər ziddiyyətlidir ki, heç
fahişə haqqında olduğu da bilinmir. Ancaq elə qadınlar var ki,
nə fahişədir, nə vəfalı arvad. Belələri, sadəcə olaraq, mər‐