Page 229 - heynrix
P. 229
İ ROMAN
Bu sözlərə inanmaq çətin idi. Bəlkə, onun nəzərində elə BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
dərin uçuruma yuvarlanmışdım ki, məni bir az da itələməyə
dəyməzdi. 229
– Böhran keçirirsiniz, – dedi, – vəssalam... Hələ cavan‐
sınız, özünüzü ələ alın, hər şey yaxşı olacaq.
“Özünüzü ələ alın” sözləri mənə Annanın “Doqquzuncu
piyada alayı”nı xatırlatdı.
– Siz nə barədə danışırsınız? – həlim bir səslə soruşdum.
– Nə barədə danışmalıyam ki?! Sizin sənətiniz, şöhrətiniz
barədə.
– Ancaq mən başqa iş barəsində danışıram. Özünüz də
bilirsiniz ki, heç vaxt sənət barədə danışmıram. Hələ şöhrəti
demirəm... Mən... mən... mən Mariyanı axtarıram.
Dəstəkdə nəsə qeyri‐müəyyən bir səs eşidildi: ya içini
çəkdi, ya da gəyirdi. İç otaqdan getdikcə səngiyən boğuşma
səsi eşidildi. Kinkel dəstəyi masanın üstünə qoyub təzədən
götürdü, səsi boğuldu. Damağına siqaret qoymuşdu.
– Şnir, – dedi, – keçmişlə işiniz olmasın. Gələcəyinizi
sənətdə axtarın.
– Keçmişlə işim olmasın? Təsəvvür edin ki, qəflətən
arvadınız sizi atıb gedir...
Elə susdu ki, sanki bununla “kaş gedəydi” demək istədi.
Ancaq ağzındakı siqareti sümürə‐sümürə başqa sözlər söylədi:
– O, sizin arvadınız deyildi və yeddi uşağınız da yoxdu...
– Belə de... Arvadım deyildi?
– Eh...h, bu romantik anarxizmi qurtarın! Kişi olun!
– Lənət şeytana, – dedim, – elə həmin cinsdən olduğum
üçün dözə bilmirəm. Yeddi uşaq məsələsi də hələ gec deyil...
Mariyanın iyirmi beş yaşı yenicə tamam olub.
– Zənnimcə, kişi olan kəs vəziyyətlə barışmalıdır.
– Bu lap xristiansayağı oldu.
– İndi belə çıxır ki, siz mənə xristianlığın nə olub‐olmadı‐
ğını öyrədirsiniz.
– İlahi, bəlkə... Bildiyimə görə, katoliklər ərlə arvadı iki
bədəndə bir can hesab edirlər.
– Əlbəttə!