Page 224 - heynrix
P. 224
HAYNRİX BÖLL
aparır ki, ondan konfet, dəftər, qələm almasınlar. Cavabını
özüm verdim:
– Bizim bu qocaman, mehriban, mömin şəhərimiz qoca
Derkumsuz lap zibil günə qalardı. Qoca Derkum, ən azından,
riyakar deyil.
Kinkel təəccüblə üzümə baxıb badəsini qaldırdı:
– Təşəkkür edirəm, cənab Şnir, gözəl bir sağlıq üçün
mənə mövzu verdiniz. Gəlin Martin Derkumun sağlığına içək.
– Bəli, onun sağlığına məmnuniyyətlə içərəm.
Kinkel yenə də göz‐qaşla ərinə dedi: “O təkcə cavan və
tərbiyəsiz deyil, həm də sırtıqdır”.
İndiyəcən də başa düşə bilmirəm ki, nə üçün Kinkel
“mənimlə keçirdiyi ilk axşamı” sonralar həyatının ən gözəl
dəqiqələri hesab eləməyə başladı. Az sonra Fredeboylla
nişanlısı, Monika Zilves, bir də Fon Zevem adlı bir nəfər gəldi.
Zevem gəlməmişdən qabaq haqqında deyirdilər ki, “katolik‐
liyi” qəbul etsə də, ASDP1 ilə əlaqəsini kəsməyib, buna da, çox
224 güman ki, əsl sensasiya kimi baxırdılar. Həmin axşam Frede‐
boylu ilk dəfə gördüm. O da başqalarından seçilmirdi. Bütün
olanlara baxmayaraq, mən hamısının xoşuna gəldim.
Özümünsə Fredeboylun nişanlısını və Monika Zilvesi
çıxmaq şərtilə heç biri xoşuma gəlmədi. Fon Zevemdənsə nə
xoşum gəldi, nə də zəhləm getdi. Cansıxıcı adamdı, elə bil
ASDP‐nin üzvü ola‐ola katolikliyi qəbul edərək sensasiya
yaratdığından həzz alırdı. Çox mehriban adam idi, həmişə
gülümsəyir və domba gözləri ilə sanki deyirdi: “Mənə baxın,
görün kiməm!” Deyəsən, o qədər də pis adam deyildi, Frede‐
boyl mənə qarşı çox diqqətli oldu. Demək olar ki, düz bir saata
yaxın Beketti İoneska haqqında danışdı. Hiss etdim ki,
çərənlədiklərinin hamısını kitablardan oxuyub. Səfehlik eləyib
boynuma alanda ki, Bekettini mən də oxumuşam, onun
qəşəng şumal sifətinə, həddən artıq yekə dodaqlarına sevinc
parıltısı qondu. Dedim ki, danışdıqlarının hamısı mənə tanış
1 ASDP – Almaniya Sosial Demokrat Partiyası