Page 221 - heynrix
P. 221
İ ROMAN

günah sayılırdı. Hər halda, Tsüpfner ittifaqın rəyasət heyətində BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
işləyirdi, Fredeboylun da ondan işi keçə bilərdi. Buna görə Fre‐
deboyl vicdan əzabı çəkməyə bilərdi. Əlbəttə, onlar o vaxt 221
kiməsə yaxşılıq eləyər, həqiqət yolunu seçərdilər ki, bundan
nəsə bir xeyir götürsünlər. Mənə Fredeboylun özündən çox,
arvadı təsir elədi. Onsuz da, kişiyə yaxşı bələd idim, heç indi
də XDİ‐ni təbliğ etdiyini eşidəndə təəccüblənmədim.

Konyakı qaytarıb soyuducuya qoydum.
İndi bir‐bir zəng vurub katoliklərin dərsini verə bilərdim.
Sanki ayılmışdım, mətbəxdən geri qayıdanda da heç axsama‐
dım.
Dəhlizdəki paltar dolabı da, süpürgə qoyulan yerin qapısı
da pas rəngindəydi...
Kinkeldən bir şey çıxmayacağını bilsəm də, nömrəni
yığdım. O, həmişə özünü mənim sənətimin alovlu pərəstişkarı
hesab eləyirdi. Bizim peşəyə az‐çox bələd olanlar bilirlər ki,
teatrda işləyən adicə bir fəhlənin cüzi tərifi də qəlbimizi
fərəhlə doldurur, az qala, sevincdən ürəyimiz partlayır. İndi
istəyirdim, xristian Kinkelin dincliyini pozam. Nə gizlədim,
bəlkə, Mariyanın harada olduğunu da öyrənə bilərdim. O,
həmin dərnəyin başçısı idi. İlahiyyat fakültəsində oxumuş,
ancaq qəşəng bir qadına görə təhsilini yarımçıq qoyub,
hüquqşünas olmuşdu. Yeddi uşağı vardı, xalq arasında “ən
qabiliyyətli siyasətçilərdən biri” sayılırdı. Bəlkə, doğrudan elə
idi, deyə bilmərəm. Kinkellə tanışlıqdan qabaq Mariya onun
“Yeni nizam‐intizama aparan yollar” adlı kitabçasını oxumaq
üçün mənə vermişdi. Çox xoşuma gələn həmin kitabı oxuyub
qurtarandan sonra mənə elə gəldi ki, onun müəllifi ucaboy,
zərif, sarışın bir adam olmalıdır. Sonra görüşəndə kök,
bəstəboy, qarasaç, öz həyatsevərliyi ilə öyünən bu şəxsin
Kinkel olduğuna inana bilmədim. Bəlkə də, təsəvvürümdəki
kimi görünməməsi onu nəzərimdən saldı. Mariya həmişə
Kinkeldən ağızdolusu danışmağa başlayanda qoca Derkum
onun “Kinkel‐kokteyl” olduğunu deyərdi. Deyərdi ki, Kinkelin
də “tərkib hissəsi” tez‐tez dəyişir, gah Marksla Qvardinin, gah
da Blua ilə Tolstoyun qarışığı olur.
   216   217   218   219   220   221   222   223   224   225   226