Page 218 - heynrix
P. 218
HAYNRİX BÖLL
azacıq qaçdı, amma onun ziyalılardan yaman xoşu gəlirdi.
Axıra kimi də Mariyanı bu adətindən çəkindirə bilmədim.
Kinkelin ziyalı ədası Fredeboylun gələcək arvadının da xoşuna
gəldi, arsız‐arsız, köksünü ötürə‐ötürə bu “ibrət dərsi”nə
ləzzətlə qulaq asdı. Kinkel ulu kilsə xadimlərindən tutmuş
Brextə qədər hamısını qatıb‐qarışdırdı, havamı dəyişib geri
qayıdanda gördüm ki, içəridəkilərin üzünə meyit rəngi çöküb,
özləri də krüşon içirlər; nədi‐nədi, yazıq qız deyib ki, Bennin
yazdıqlarının bəziləri çox xoşuna gəlir...”
Hələ iyirmi iki yaşına çatmasa da, Fredeboyldan iki uşağı
vardı. Telefon zəng çaldıqca onun vəziyyətini təsəvvürümə
gətirirdim: əmzikli süd şüşələrinin, uşaq üçün səpgi tozlarının,
əsgilərin, kremlərin arasında itib‐batıb, nə edəcəyini bilmir...
Çirkli uşaq paltarları dağ kimi qalanıb, yuyulmamış qablar
mətbəxdə üst‐üstə yığılıb qalıb... Bir dəfə yenə katoliklərin
danışığından bezəndə çörək qızdırmaqda, yaxma düzəlt‐
məkdə, qəhvə dəmləməkdə ona kömək eləməyə başladım. Bu
218 cür işlərdən zəhləm getsə də, hər halda, elə söhbətlərə qulaq
asmaqdan qat‐qat yaxşıydı...
Dəstəkdə ürkək bir qadın səsi eşidildi:
– Buyurun, eşidirəm.
Elə həmin səsdən duydum ki, mətbəx də, hamam da,
yataq otağı da həmişəkindən betərdir. Nəsə bu dəfə qoxu hiss
eləmədim. Bircə onu bildim ki, əlində siqaret var.
– Danışan Şnirdir, – dedim və gözlədim ki, sevincək halda
həmişəki sözlərini söyləsin: “Ah, siz Bonndasınız?! Nə yaxşı...”
Ancaq bu dəfə pərt halda susdu, sonra lap alçaqdan:
– Çox şadam, – dedi.
Nə cavab verəcəyimi bilmədim. Əvvəllər həmişə soru‐
şardı: “Nə vaxt gəlib bizə bir şey göstərəcəksiniz?” İndisə
soruşmadı. Pərt oldum. Əlbəttə, özümə görə yox, ona görə...
Özümə görə çox da ürəyimə salmadım, ancaq ona görə pərt
oldum.
– Məktublara görə zəng eləmişəm, – nəhayət, özümü
birtəhər ələ alıb dilləndim, – Mariya üçün sizin ünvana
göndərdiyim məktublar...