Page 215 - heynrix
P. 215
İ ROMAN

– Tapılırdın ki? Bir həftədir yollardasan. Gah Braunş‐ BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
vayqda, gah Hildeshaymda, gah da Tselledə...
215
– İndi vaxtım var. Onlara zəng elə, bara düşüb bir az pivə
içək.

– Daha yoxdurlar. Bu gün günortadan sonra çıxıb getdilər.
– Çox şadam ki, başqa yerdən gətirilmiş olsa da, “katolik
havası” ilə doyunca nəfəs ala bilmişəm.
Hamısı öz sözləri idi. Hərdən deyirdi ki, ürəyi “katolik
havası” ilə nəfəs almaq istəyir.
– Niyə acığın tutur? – O, hələ də üzü küçəyə dayanmışdı,
yenə siqaret yandırmışdı. Bu da təzə işdi, indiki danışıq tərzi
kimi belə tez‐tez siqaret çəkməsi də mənə yad idi. İndi sanki
intellektual səviyyəsi çox da yüksək olmayan adicə qəşəng
qızlardan biri idi, çıxıb getmək üçün bəhanə axtarırdı.
– Acığım tutmur, – dedim, – özün də bilirsən. Boynuna al
ki, bilirsən.
Heç nə demədi, yalnız başını yırğaladı. Üzünün ifadə‐
sindən gördüm ki, göz yaşlarını güclə boğur. Axı niyə? Gərək
ağlayaydı. Özü də hıçqıra‐hıçqıra ağlayaydı! Lap çox ağlayaydı!
Onda durub qucaqlayar, üz‐gözündən öpərdim. Ancaq indi heç
birini eləmədim. Həvəsim yox idi. Adət xatirinə, borc xatirinə
öpmək istəmədim. Durmadım. Tsüpfner, Zommervild barədə
düşündüm. Düz üç gün onlarla oturub‐durmuş, mənəsə heç
nə deməmişdi. Məlum məsələ idi ki, mənim haqqımda da
danışmışdılar. Tsüpfner gənc katoliklər ittifaqının ağsaqqal‐
larındandır. Xeyli tərəddüd etdim. Heç bilmirəm, nə qədər
keçdi: bir dəqiqə, bir dəqiqə yarım, iki dəqiqə. Axırda durub
yanına gedəndə başını buladı, əllərimi çiynindən götürdü,
yenə də “metafizik qorxusu”ndan, “nizam‐intizam prinsip‐
ləri”ndən danışmağa başladı. Mənə elə gəldi ki, iyirmi il qabaq
evlənmişik. Lap tərbiyəçi kimi danışırdı. Mənsə o qədər
yorulmuşdum ki, gətirdiyi dəlillərin heç birini tuta bilmirdim,
hamısı qulağımın yan‐yörəsindən uçub gedirdi. Sözünü kəsib
varyete səhnəsində başıma gələn hadisəni söylədim. Dedim
ki, üç il ərzində ilk dəfə belə oldu. Pəncərənin qarşısında
   210   211   212   213   214   215   216   217   218   219   220