Page 210 - heynrix
P. 210
HAYNRİX BÖLL
qardaşım Leo ehtirasını boğmaq üçün kələm yeməlidir, az
qalır, durub məktəbə gedəm, oradakı kələmlərin üstünə
kislota tökəm. Onsuz da, həmin oğlanların gələcəyi kələmsiz
də çətin olacaqdı. Hər gün dərk eləyə bilmədiyim şeylər
barədə danışmaq dəhşətdən də betərdir: ölülərin zühur
etməsi... Əbədiyyət... Bütün günü Allahın üzüm bağında
əlləşib, birdən görəsən ki, məhsul həddən artıq azdır...
Səbəbini mənə Haynrix Belen danışmışdı. O vaxt Mariya uşaq
salmışdı, Belen də bizə qarşı çox mərhəmətli olmuşdu. Deyirdi
ki, o, məndən fərqli olaraq, həm mənəvi, həm də maddi
cəhətdən Allahın üzüm bağında işləyən qara fəhlədir.
Onda xəstəxanadan saat beşdə çıxmışdıq. Onu evinəcən
ötürdüm. Piyada getdik, çünki tramvaya pulumuz yox idi.
Evinin qapısına çatanda dayandı, cibindən açar topasını
çıxardı. Həmin axşam o, gecə növbəsindən qayıdan fəhlədən
heç nə ilə seçilmirdi: yorğun‐arğın, üzü tüklü... Və mən hiss
etdim ki, ibadətə başlamaq, Mariyanın dediyi kimi, “sehrli
210 aləmə baş vurmaq” onun üçün çox çətin olacaq. Qapını
açanda gördüm ki, qulluqçu onu dəhlizdə gözləyir. Qoca,
deyingən bir arvad idi, ayağında çəkələk vardı, çılpaq
baldırlarının dərisi sapsarı görünürdü. Arvad nə rahibə idi, nə
onun anası, nə də bacısı...
Haynrixin üstünə çəmkirdi:
– Bu nə deməkdir? Bu nə deməkdir?
Eh, o miskin subaylıq da bir şey deyilmiş! Bəzi katolik
ailələri öz gənc qızlarını keşişlərin evinə göndərməyə qorxurlar
və bu, məni təəccübləndirmir. Heç o qoçaqların hərdən
səfehlik etmələrinə də təəccüblənmirəm.
Az qaldı ki, yenə Leonun pansionundakı qəlyan çəkən o
kar kişiyə zəng vuram. Onunla “bioloji tələbat” barədə həvəslə
söhbətə girişərdim. Tanıdığım adamlardan birinə zəng
vurmağa qorxdum. Hər halda, tanımadığım o qoca məni daha
yaxşı başa düşərdi. Böyük məmnuniyyətlə ondan katoliklər
haqqındakı fikrimin düz olub‐olmadığını soruşardım. Bu
dünyada mənim üçün dördcə nəfər əsl katolik vardı: Papa