Page 212 - heynrix
P. 212
HAYNRİX BÖLL
belə dövlət idarələrinin olduğundan, orada nikah məra‐
simlərinin keçirildiyindən, şəhadətnamələr yazıldığından
xəbərim vardı. Ancaq elə bilirdim ki, bunların hamısı ateistlər
və necə deyərlər, dövlətin xətrini xoş eləmək istəyən adamlar
üçündür. Kilsədən əvvəl ora getməyin vacibliyini eşidəndə
əməlli‐başlı hirsləndim. Mariya deyəndə ki, uşaqların katolik
kimi tərbiyə olunması barədə yazılı iltizam da verməliyəm,
dalaşmağa başladıq. Düşündüm ki, bu, əsl zorakılıqdır, kilsədə
ondan tələb olunan yazılı iltizamla bağlı məsələyə Mariyanın
da həmin dəqiqə inanması xoşuma gəlmədi. Axı uşaqları
istədiyi vaxt xaç suyuna çəkdirər, istədiyi kimi də tərbiyə edə
bilərdi.
Həmin axşam halı xarablaşdı, rəngi qaçdı, yorulub taqət‐
dən düşdü, mənimlə danışanda da səsini qaldırırdı. Axırda
razılaşdım ki, hamısını edəcəyəm, həmin kağıza da qol
çəkəcəyəm. O isə hirsləndi: “Sən bunu mücərrəd nizam‐inti‐
zam prinsiplərinə inandığın üçün deyil, tənbəllikdən eləyir‐
212 sən”. Cavab verdim ki, elədir, əslində, tənbəllikdən eləyirəm,
çünki onu itirmək istəmirəm və lazım gələrsə, onu itirməmək
xatirinə katolikliyi də qəbul edərəm. Hətta bir az coşdum ki,
“mücərrəd nizam‐intizam prinsipləri” mənə işgəncə kame‐
rasını xatırladır. Onu itirməmək xatirinə hətta katolikliyi qəbul
etməyə hazır olduğumu özü üçün təhqir hesab elədi. Halbuki
mən bu yolla ona yaltaqlanmaq istəyirdim, ancaq, deyəsən,
tərsinə oldu. Dedi ki, söhbət indi “mən”dən, “sən”dən deyil,
nizam‐intizamdan gedir.
Bir axşam Hannoferdəki mehmanxanalardan birində
oturmuşduq. Bahalı mehmanxana idi, bir fincan qəhvə sifariş
verəndə mütləq ağzıyarımçıq gətirirdilər. Belə mehmanxa‐
nalarda o qədər kübarlıq var ki, fincanı ağzınacan doldurmaq
nəzakətsizlik hesab olunur. Xidmətçilər də nəyin kübarlıq
olduğunu bura gələn kübarlardan yaxşı bilirlər. Bu cür yerdə
qalanda özümü çox bahalı, çox da darıxdırıcı olan pansiondakı
kimi hiss edirəm. Həmin axşam da əməlli‐başlı yorğun idim:
üç dəfə dalbadal səhnəyə çıxmışdım. Səhər‐səhər polad zavo‐